Darvİnİzmlə Elmİ Mübarİzə Aparmağın Əhəmİyyətİ

Darvinizmə qarşı aparılacaq elmi mübarizənin olduqca geniş miqyaslı olması və dünya səviyyəsində aparılması vacibdir. Çünki darvinizm, bütün cəmiyyətləri hədəf alır və bəşəriyyəti böyük fəlakətlərə sürükləyir. Qəzet və jurnal yazıları, sənədli filmlər, televiziya proqramları vasitəsilə güclü şəkildə davam etdirilən darvinizm təbliğatına qarşı, bu azğın ideologiyanın heç bir elmi dəyəri olmadığı və hansı təhlükələr ehtiva etdiyi hamıya çatdırılmalıdır. Təkamül nəzəriyyəsinin elmi cəhətdən çökdüyünü, darvinist təbliğatın cəfəng təlqinlərdən ibarət olduğunu görənlərin sayı artdıqca, darvinizm bəlasının təsiri də azalacaq. İnsanları inancsızlığa və dinsizliyə sürükləyən darvinizmin fikri yolla yox olması nəticəsində, din əxlaqı sürətlə yayılacaq, yer üzünə sülh, təhlükəsizlik və əmin-amanlıq hakim olacaq.

Böyük İslam alimi Bədiüzzaman Səid Nursi də əsərlərində darvinist və materialist fəlsəfələrə qarşı aparılacaq elmi mübarizə üzərində dayanmışdır. Xüsusilə Axırzamanda bu fikri mübarizənin olduqca böyük əhəmiyyət qazanacağına diqqət çəkmişdir. Axırzamanın ən böyük fitnəsi olan Dəccalın, darvinist və materialist cərəyanların lideri mövqeyində olacağını ifadə edən Bədiüzzaman, bu mövzuda müsəlmanları belə xəbərdar etmişdir:

Tabiiyyun (təbiətçilik, darvinizm) və maddiyyun (maddəçilik, materializm) fəlsəfəsindən təvəllüd edən (qaynaqlanan) bir cərəyanı nəmrudanə (inkarçı cərəyan), Axırzamanda getdikcə fəlsəfə-i maddiyə (materializm fəlsəfəsi) vasitəsilə intişar edərək (güclənərək) qüvvətlənib, ülühiyyəti (Allahın varlığını) inkar edəcək həddə çatar... və onların başına keçən ən böyükləri, spritizm və maqnetizmin hədisatı nəv’indən (hipnotizə edici və ovsunlayıcı) heyrətamiz xariqələrə (fövqəladə xüsusiyyətlərə) məzhər (sahib) olan dəccal isə; daha irəli gedərək cəbbaranə suri (zorakılıq edən) hökumətini bir nəvi rububiyət (üstünlük) təsəvvür edib (zənn edib)...(54)


Bədiüzzamanın da ifadə etdiyi kimi, darvinizm dəccalliyyətin ən əhəmiyyətli vasitəsidir. Dəccalliyyətin dini mövqeyindədir. İnsanları inkara, dinsizliyə, əxlaqsızlığa sürükləyən dəccaliyyət, bunu edərkən dinsizliyin dırnaqarası elmi pərdəsi olan darvinizmdən istifadə edir. Belə olan halda, bəzi müsəlmanların, darvinizmə qarşı fikri mübarizə aparmağın lüzumsuz olduğunu söyləmələri, dəccaliyyətlə mübarizə aparmağın lüzumsuz olduğu mənasını verər ki, bunu da heç bir müsəlman özünə yaraşdırmamalıdır. "Darvinizmlə mübarizə aparmağa nə gərək var?" demək, "Dəccal istədiyi kimi fitnəsini yaysın, bizə dəxli yoxdur" mənasını verər. "Darvinizm elə də mühüm mövzu deyil" demək, dəccaliyyəti görməzlikdən gəlmək, gizlətmək deməkdir. Səmimi bir müsəlman dəccaliyyəti öz əliylə gizlətməz. Tam əksinə bütün oyunlarının və hiylələrinin üstünü açaraq, dəccaliyyəti fikirlə yox etməyi hədəfləyər.

Müsəlmanların dəccaliyyət və dəccalliyyətin silahı mövqeyindəki darvinizmlə aparacaqları mübarizə isə, mütləq elmi olmalıdır. Darvinizm, silahla, zorakılıqla, təcavüzkarlıqla yox olmaz. Elmi dəlillərlə açıqlanaraq təsirsiz hala gətirilər. Peyğəmbərimiz (s.ə.v) bir hədisində, dəccalliyyətin Axırzamanda "duzun suda əriməsi" kimi əriyərək yox olacağını bildirmişdir. Dəccaliyyəti "duz"a, dəccaliyyəti fikirlə məhv edəcək sistemi isə, "su"ya bənzətmişdir:

Elə o anda Allahın düşməni olan Dəccal Məsih, hz. İsanı gördükdə duzun suda əriməsi kimi əriyib yox olacaq...(55)

Axırzamanda dəccaliyyəti əridib yox edəcək su, elmdir. Duzu atəş açmaqla, bombalamaqla əritmək olmaz. Yalnız suda əriyər. Darvinizm də, yuxarı siniflərdə, universitetlərdə, təhsil təşkilatlarında təkamül nəzəriyyəsinin bütün iddialarının əsassızlığı izah edildikdə, duzun suda əriməsi kimi əriyib yox olar. Darvinizmin məğlub olması nəticəsində, kommunizm, faşizm, irqçilik, terrorizm, anarxizm kimi bütün təcavüzkar və radikal cərəyanlar da öz tərəfdarlarını itirər. Yer üzündə qarışıqlığa və fitnə-fəsada səbəb olan dəccaliyyət fikrən yox olar.

Dəccalliyyətin fitnəsini yox etmək istəyən hər müsəlman, darvinizmə qarşı elmi mübarizə aparmalıdır. Bunun üçün həmişə təkamül nəzəriyyəsini çürüdən dəlillərdən bəhs edilməli və bu dəlillər çoxaldılıb paylanılmalıdır. Təkcə bir zülalın belə təsadüfən meydana gəlməsinin qeyri-mümkün olduğunu, canlıların cansız maddədən öz-özünə meydana gələ bilməyəcəyini, hüceyrənin və orqanoidlərinin mürəkkəb quruluşuna təsadüflərlə izah gətirməyin qeyri-mümkün olduğunu, canlıların bir-birindən törədiyini göstərən tək bir fosilin belə olmadığını, mutasiyaların və təbii seleksiyanın yeni bir canlı növü meydana gətirə bilməyəcəyini öyrənən birinin darvinizmin yalanlarına inanması qeyri-mümkündür.

Dünya səviyyəsində aparılacaq belə geniş miqyaslı elmi mübarizə, Allahın icazəsiylə, qısa müddətdə öz təsirini göstərəcək. Müsəlmanların, Allah rizası üçün bütün imkanlarını səfərbər edərək dinsizliyə qarşı aparcaqları fikri mübarizə, bütün insanlar üçün ən gözəl şəkildə nəticələnəcək. Birlik və həmrəylik içində, səmimiyyətlə aparılacaq işlər, Rəbbimizin Qurani Kərimdə vəd etdiyi kimi; "haqqın üstün gəlib, batilin yox olmasına" səbəb olacaq. Uca Allahın bu vədi bütün iman edənlər üçün böyük şövq və həyəcan mənbəyidir:

Xeyr, Biz haqqı batilin üstünə atarıq, o da onun beynini darmadağın edər. Bir anda batilin yox olub getdiyini görərsiniz. Allaha aid etdiyiniz sifətlərə görə vay halınıza! (Ənbiya surəsi, 18)


Darvinizmlə Elmi Mübarizə Aparılması Bütün Müsəlmanların Məsuliyyətidir

Dövrümüzdəki texnoloji imkanlar, müsəlmanlar üçün çox böyük nemətdir. Bu nemətlərdən lazımınca istifadə edildikdə, darvinizmə və materializmə qarşı aparılacaq fikri mübarizə olduqca asan və sürətli olacaq. Əhəmiyyətli olan heç kimin; "mən nə edə bilərəm ki?", "mənim səyim nəyi dəyişdirər ki?" kimi yanlış düşüncələrə qapılmamasıdır. Hər kəsin nə qədər imkanı olursa olsun, bu imkanından nə qədər istifadə etdiyi, nə qədər səmimi şəkildə istifadə etdiyi əhəmiyyətlidir. Nəticəni uca Allah təqdir edəcək. Allah, səmimi şəkildə səy göstərənlərin işlərini ən gözəl şəkildə nəticələndirər. Hər kəsin göstərdiyi səyin qarşılığını tam alacağı Quranda belə bildirilmişdir:

Şübhəsiz ki, insana öz əməyindən başqası yoxdur. Şübhəsiz ki, öz əməyinə (və ya səyinə) qarşılıq veriləcək. Belə ki, əməyinin (və ya səyinin) əvəzi tam ödəniləcək!” Son dönüşsə sənin Rəbbinə olacaq. (Nəcm surəsi, 39-42)


Bütün insanlar arasında Quran əxlaqının yayılması üçün səy göstərmək, iman və vicdan sahibi bütün insanların məsuliyyətidir. Allah, Quranın; "qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır" (Ali İmran surəsi, 104) ayəsiylə də, bu məsuliyyətlərini iman edənlərə bildirmişdir. Quran əxlaqının təbliğ edilməsinin mühüm bir mərhələsi də, insanları Quran əxlaqından uzaqlaşdıran ideologiyaların yox edilməsidir. Din əxlaqının yaşanmasına və yayılmasına mane olan ideologiyalar fikirlə təsirsiz hala gətirildikdə, insanların doğrunu görmələri daha asan olacaq. Digər bir ayədə isə, Allah bütün iman edənlərə; "...artıq yaxşı işlər görməkdə bir-birinizlə yarışın. Hamınızın qayıdışı Allaha olacaq..." (Maidə surəsi, 48) deyə buyurmuşdur. Yaşadığımız dövrdə materializm və ateizmin elmi cəhətdən məğlub edilməsi, ən yaxşı işlərdən biridir. Allahın icazəsiylə bu iş, dinsizliyi yox edəcək, din əxlaqının yer üzünə hakim olmasına vəsilə olacaq. Bundan ötrü də, hər müsəlman əlindəki imkanlar çərçivəsində darvinizmi fikri mübarizəylə yox etməyə, Quran əxlaqının təbliğ edilməsinə dəstək olmağa çalışmalıdır.

Bu mövzudakı yanlış düşüncələrdən biri də, "imkanları olanlar onsuz da əllərindən gələni edirlər, mənim başqa bir şey etməyimə ehtiyac yoxdur" məntiqidir. Halbuki, hər insan, Allahın Quranda bildirdiyi hökmləri tətbiq etmək, əxlaqı yaşamaq, məsuliyyətləri yerinə yetirmək mövzusunda yalnız özü məsuliyyət daşıyır. Necə ki, bir insan digər bir insanın etdiyi səhvlərdən, işlədiyi günahlardan lazımi xəbərdarlığı və xatırlatmanı etdikdən sonra məsul olmazsa, başqasının etdiyi gözəl davranışlardan da əgər bunlara hər hansı dəstək verməyibsə bir pay ala bilməz. Axirət günündə hər kəs Rəbbimizin hüzuruna tək-tənha çıxacaq və etdikləri və etmədiklərindən ötrü tək-tənha şəkildə hesab verəcək. Bu həqiqət Quranda belə bildirilmişdir:

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz... (Ənam surəsi, 94)


Hər müsəlman, digər mövzularda olduğu kimi, inkara qarşı apardığı fikri mübarizəsi, bu mövzuda nə qədər səy göstərməsi, din əxlaqının yayılması üçün necə səy göstərməsi kimi məsələlərdə də tək-tənha hesab verəcək. Belə olan halda, edilməli olan, nəfsin irəli sürdüyü bəhanələrə aldanmadan, əlindən gələnin ən çoxunu etmək, dinsizliyin yox olması üçün gücünün çatdığı qədər səy göstərməkdir. Allah yolunda səmimi səy göstərənlərə, şübhəsiz ki, Allah yol göstərəcək, onları köməyi ilə dəstəkləyəcək. Rəbbimiz möminləri belə müjdələyir:

...Allah Ona (dininə) yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah Qüvvətlidir, Qüdrətlidir.. (Həcc surəsi, 40)


Elmi Dəlillər Açıq-Aydın Şəkildə Təqdim Edilməlidir


Darvinistlər nəzəriyyələrinin elmi olduğunu iddia edir və həmişə bunun təbliğatını aparırlar. Bu vəziyyət qarşısında müsəlmanların darvinizmə elmi cavab verməsi, elm adından ortaya atılan iddiaların yenə elmlə çürüdülməsi əhəmiyyətlidir.

Darvinizmə qarşı çıxan bütün elmi inkişafların yaxından təqib edilməsi, bu inkişafların göstərdiyi həqiqətlərin toplanılaraq, açıq və konkret dəlillər halında təqdim edilərək mübarizə aparılması zəruridir. Kifayət qədər məlumat və dəlil təqdim etmədən, "madam ki, insanlar meymundan əmələ gəldi, bəs onda niyə hələ də meymunlar var, onlar niyə insana çevrilmir" kimi illərdir ki, alışılmış bəzi nümunələr verilərək darvinizmin fikri yolla məğlub edilə biləcəyini güman etmək, hadisənin ölçülərinin kifayət qədər düşünülməməsindən qaynaqlanır. Həmişə çox müxtəlif mənbələrdən darvinizm təbliğatına məruz qalan bir insanın, sadə və bəsit nümunələrlə qəlibləşmiş düşüncələrini dəyişdirə bilməyəcəyi aydındır. Dolayısilə elmin təkamül nəzəriyyəsini dəstəklədiyini zənn edən insanlara, bilavasitə elmin göstərdiyi nəticələr təqdim edilərək, təkamülün qeyri-elmi olduğu göstərilməlidir.

Təbii seleksiyanın təkamül yaradıcı gücü olmadığı, illərdir ki, təkamülə dırnaqarası dəlil kimi göstərilən sənaye kəpənəkləri mövzusunun təkamülçü iddiaları dəstəkləmədiyi, Kembri dövrü tapıntılarının təkamüllə izah olunmasının qeyri-mümkün olduğu, mutasiyaların canlıların quruluşuna zərər verdiyi, onları meydana gətirib inkişaf etdirmədiyi elmi dəlilləriylə göstərilməlidir. Fosil qeydlərinin, canlıların mərhələli şəkildə bir-birlərindən meydana gəlmədiyini göstərdiyi, göstərilən fosil nümunələrinin saxtakarlıq məhsulu olduqları, fosil qeydlərində milyonlarla ildir ki, canlıların quruluşunda ən kiçik bir dəyişiklik olmadığının görüldüyü, yaşayan fosillərin təkamül nəzəriyyəsi üçün düyün nöqtəsi olduğu, insanın xəyali nəsil ağacının yüzlərlə dəlillə çürüdüldüyü, zülalın, hüceyrənin, DNT-nin, RNT-nin təsadüflərlə meydana gəlməsinin qeyri-mümkün olduğu açıq və konkret şəkildə izah edilməlidir. Cansız maddə yığınının canlıları meydana gətirə bilməyəcəyi, şüursuz atomların birləşərək düşünən, sevgi bəsləyən, sevgidən xoşlanan, mərhəmət edən, gülən, mühakimə qabiliyyətinə sahib olan bir varlıq meydana gətirə bilməyəcəkləri, göz və qulaq kimi orqanlardakı mükəmməl nizamın mərhələli şəkildə meydana gələ bilməyəcəyi ağıllı nümunələrlə izah olunmalıdır. Variasiyanın təkamüli dəlil olmadığı, antibiotik müqavimətinin təkamülə dəlil qəbul edilə bilməyəcəyi, atrofiyaya uğramış orqanlar adlı bir şey olmadığı, canlılardakı bənzərliyin darvinizmi dəstəkləmədiyi, molekulyar homologiyanın əsassız iddia olduğu, təkamül nəzəriyyəsinin embrioloji dayağının olmadığı kimi mövzular sübutlarıyla təqdim edilməlidir.

İnsanların böyük hissəsi yuxarıda saydığımız həqiqətlərdən xəbərsiz olduğu üçün, darvinizmin təlqinlərinə aldanırlar. Bu həqiqətlər, izahedici nümunələrlə, elmi tapıntılarla, dəlil və sübutlarla izah edildikdə bir çox insan həqiqətləri görəcək. Bundan ötrü də, müsəlmanlar, ötəri cavablar və kor-koranə açıqlamalar vermək əvəzinə, elmi dəlillərlə darvinizmi çürütməlidirlər. Darvinizmi bundan başqa üsulla fikri yolla məğlub etmək qeyri-mümkündür. Dəlillərlə izah etdikdə isə, darvinizmi məğlub etmək çox asandır.

Dolayısilə, müsəlmanların bu mövzuda özlərini yetişdirmələri, məlumatlarını artırmaları da əhəmiyyətlidir. Bir ateistin, materialistin, darvinistin ortaya atdığı iddiaları ən hikmətli şəkildə çürüdə biləcək məlumat təcrübəsinə sahib bir insanın, darvinistlərlə elmi mübarizə aparmaqdan çəkinməsinə heç bir səbəb qalmaz. Passivlik və acizlik göstərməsinə, qəribə acizlik hissi yaşamasına, çəkinməsinə, narahat olmasına zəmin hazırlayan bütün ünsürlər ortadan qalxar. Saleh bir müsəlmana yaraşacaq şəkildə, darvinizmə qarşı açıq, qalibanə bir fikri mübarizə aparar. Belə olduqda, hz. Musanın əsasının sehrbazların bütün hiylələrini udub yox etməsi kimi, göstərilən dəlillər, darvinizmin bütün yalanlarını təsirsiz hala gətirər. Eləcə də, Allahın icazəsiylə, Rəbbimizin Quranda bildirdiyi kimi, haqq açıqca ortaya çıxar və inkarçılar böyük məğlubiyyətə uğrayarlar:

Artıq haqq üzə çıxdı, onların etdikləri isə batil oldu. Orada məğlub oldular və rüsvay olaraq geri döndülər. (Əraf surəsi, 118-119)


Şeytan Müsəlmanları, Darvinizmə Qarşı Aparılan Mübarizədən Ayırmaq Istəyər


Dünya həyatında yaradılan imtahanın tələbi olaraq, şeytan həmişə insanları Allah yolundan azdırmağa çalışar, möminləri gücsüzləşdirib cansızlaşdırmaq, həyəcanlarını və şövqlərini yox etmək, beləliklə də, mübarizə əzmlərini azaltmaq üçün var gücüylə səy göstərər. Şeytanın dünyadakı hədəfi, boş xülyalar və vəsvəsələr pıçıldayaraq insanları gizlicə aldatmaq və beləliklə də, məhvə sürükləməkdir. Quranda şeytanın bu istiqamətdə göstərdiyi fəaliyyət; "mən onları mütləq doğru yoldan azdıracaq və xülyalara salacağam..." (Nisa surəsi, 119) ayəsiylə xəbər verilmişdir. Şeytan bütün insanlara olduğu kimi, iman edənlərə də müxtəlif yollarla yaxınlaşmağa, yaxşı və gözəl şeyləri onlara pis şeylər kimi göstərməyə çalışar. Bəzi hadisələri həllsiz kimi göstərərək yarı yoldan qaytarmaq, yaxşı işləri yarımçıq saxlatdırmaq istəyər. Hadisələri çətin göstərərək, insanları qorxutmağa, ümidsizliyə salmağa çalışar. Tənbəlliyə sövq edərək asta hərəkət etmələrini, iradəsizlik göstərmələrini istəyər.

Şeytanın müsəlmanları gücdən salmağa çalışdığı mövzulardan biri də, darvinizmə qarşı aparılan fikri mübarizədir. Darvinizmi elmi göstərərək, fikirlə məğlub olması sanki qeyri-mümkünmüş kimi təlqinlər verərək, müsəlmanları yersiz qorxulara salaraq, onları darvinizmlə elmi mübarizə aparmaqdan ayırmaq istəyər.

Lakin Quranda şeytanın bütün səylərinin və hiyləsinin əslində olduqca zəif olduğuna diqqət çəkilmişdir:

Şeytan onlara vədlər verir və onları xülyalara salır. Lakin şeytanın onlara verdiyi vədlər aldatmaqdan başqa bir şey deyildir (Nisa surəsi, 120)

...Şübhəsiz ki, şeytanın hiyləsi zəifdir. (Nisa surəsi, 76)


İman sahibləri də bu həqiqəti dərk etməli, şeytanın təlqinlərinin özlərinə təsir etməsinə icazə verməməlidirlər. Ağlından və vicdanından tam şəkildə istifadə edən biri üçün, darvinizmlə elmi mübarizə aparmaqdan qaçmaq qeyri-mümkündür. Tam əksinə, saleh bir mömin ən təsirli, ən əsaslı, ən ağıllı və ən hikmətli üsullarla, böyük şövq və əzmlə bu mübarizəni həyata keçirər.

Möminlər, darvinizmin yalanlarına qarşı, Allahın varlığından və vahidliyindən danışır, Onun üstün yaradıcılığının dəlillərini göstərir və çox şərəfli bir xidmət icra edirlər. Bundan ötrü də, darvinizmlə aparılan fikri mübarizədə müsəlmanlar yaxşı işlərdə yarışmağın şövqüylə hərəkət etməli, mütləq qalib gələcəklərini düşünərək əzmkar və güclü olmalı, Rəbbimizin vədini əsla unutmamalıdırlar:

Acizlik göstərməyin və kədərlənməyin. Əgər həqiqətən iman gətirmisinizsə üstün olacaqsınız. (Ali İmran surəsi, 139)


Darvinizmlə Fikri Mübarizə Aparmaq Birlik Olmağı Tələb Edir


Belə geniş miqyaslı bir elmi mübarizənin təsirli olması üçün, müsəlmanların birlik və həmrəylik ruhu içində hərəkət etmələri böyük əhəmiyyət daşıyır. Allah Quranda müsəlmanların inkar əxlaqına qarşı aparacaqları fikri mübarizədə birlik olmalarının lazım olduğunu bildirmişdir. Bir ayədə müsəlmanların birlik içində hərəkət etməmədikləri təqdirdə yer üzündə fitnə-fəsad çıxacağı belə bildirilmişdir:

Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz (bir-birinizə yardımçı olub, bir-birinizin dostu olmasanız), yer üzündə fitnə və böyük fəsad baş verər. (Ənfal surəsi, 73)


Dinsizlik dünyanın bir çox bölgəsində geniş yayıldığı, terror və anarxiya bütün insanları təhdid etdiyi, bir çox məzlum və günahsız insan, zülm və təzyiq altında əzildiyi halda, səmimi iman edənlərin etməli olduqları şey, bütün imkanlarından sonacan istifadə edib darvinizmlə fikri mübarizə aparmaqdır. Çünki, dinsizlik və ateizmin dayaq nöqtəsi darvinizmdir. Müsəlmanların aralarındakı düşüncə fərqlərini göstərərək birlik ola bilməmələri, aparılmalı olan bu böyük elmi mübarizədə güclərinin azalmasına səbəb olacaq. Mövcud şərait fikir ayrılıqlarından əl çəkib, din əxlaqının yayılması üçün birlik olmaq zərurəti yaradır.

Allah Quranda möminlərə; "bir-birləriylə mübahisə etməmələrini" (Ənfal surəsi, 46) əmr edir və bunun müsəlmanları zəiflədəcək bir faktor olduğunu bildirir. Digər bir ayədə isə, belə əmr edilir:

Özlərinə aydın dəlillər gəldikdən sonra firqələrə ayrılıb ixtilaf edənlər kimi olmayın. Onları böyük bir əzab gözləyir. (Ali İmran surəsi, 105)


Bəzi iman edənlərin dinsizliyə qarşı aparılan fikri mübarizədə birlik ola bilməmələrinin təməlində, Allahın əmr etdiyi əxlaqı lazımınca yaşamamaları dayanır. Bu əxlaq təvazökarlığı əsas alır. Təvazökarlıqdan uzaqlaşanlar, özlərini və öz fikirlərini mütləq doğru hesab edər, özlərindən fərqli düşünənləri aşağı hesab edər və onlara qəzəb bəsləyərlər. Öz fikirlərinin mütləq doğru olduğundan qətiyyən şübhə duymadıqları üçün, özlərini heç vaxt sorğu-sual etməz və dolayısilə daha yaxşıya, daha doğruya yönələ bilməzlər. Yalnız öz fikirlərinin eşidilməsini, yayılmasını, anladılmasını istəyərlər. Eyni məqsəd naminə səy göstərənlərə dəstək verməz, bu səyləri görməzlikdən gələrlər. Çox vaxt öz ağıllarınca digərlərinin işlərini və fəaliyyətlərini əhəmiyyətsiz hesab edər, hətta bu işlərə maneə törədəcək rəftarlar belə sərgiləyərlər. Yalnız öz söylədiklərini bəyənib bununla öyünənlərin vəziyyətinə Quranda; "...onlar, işlərini öz aralarında (müxtəlif) kitablar halında böldülər; hər firqə özündə olana sevinir" (Muminun surəsi, 53) ayəsiylə diqqət çəkilmişdir.

Allahdan qorxub çəkinənlər və axirət günündə haqq-hesab verəcəyinə iman edənlər, bundan şiddətlə çəkinib qorunmalıdırlar. Bu mövzunun əhəmiyyətini dərk edənlər, digər möminləri də bu səhvə yol verməkdən çəkindirməli, müsəlmanların Quran əxlaqında və dinsizliyə qarşı aparılan fikri mübarizədə birləşmələrini təmin etmək üçün səy göstərməlidirlər.

Darvinizmə qarşı aparılan elmi mübarizədə hər müsəlman boynuna məsuliyyət götürməlidir. Bütün müsəlman qeyri-hökumət təşkilatları, təşkilatlar, fondlar və dərnəklər ortaq şüurla hərəkət etməli, "bu bizim təşkilatımızın aparmalı olduğu fəaliyyət deyil" və ya "bu bizim vəqfimizin əsəri deyil" deyə düşünmədən, darvinizmlə aparılan mübarizəyə kömək etməlidir. Üzvü olduğu vəqfin, dərnəyin, təşkilatın fəaliyyətləri xaricindəki bütün fəaliyyətləri görməzlikdən gəlmək, "bizim firqəmizdən deyildir, bundan ötrü də, fikrinə əhəmiyyət vermərik" məntiqinə sahib olmaq, müsəlmanlara qəti şəkildə yaraşmayan yanaşma tərzidir.

Bütün dünyada müsəlmanların yaşadığı çətin vəziyyət, yaşanan qarşıdurmalar, çəkilən əzablar, anarxiya və terrorun səbəb olduğu qorxu və narahatlıq mühiti din əxlaqının yayılmasına təcili ehtiyac duyulduğunu göstərir. Bu şərtlər altında müxtəlif bəhanələr ortaya ataraq darvinizmlə fikri mübarizə aparmaqdan qaçmaq, birlik və həmrəylik ruhuyla hərəkət etməmək həm dünyada, həm də axirətdə məsuliyyət gətirəcək hərəkət ola bilər. Səmimi müsəlmanların bu səhvə yol verməkdən çəkinməsi olduqca əhəmiyyətlidir.

Bədiüzzaman, Darvinizm Və Materializmlə Elmi Mübarizə Aparmağın Əhəmiyyətinə Diqqət Çəkmişdir


Həyatı boyu dinsizliyə qarşı elmi mübarizə aparmış böyük İslam alimi Bədiüzzaman Səid Nursi, əsərlərində dinsizliyin darvinizm və materializmdən dəstək aldığını söyləmişdir. Bundan ötrü də, bu ideologiyalarla aparılacaq elmi mübarizənin əhəmiyyətinə diqqət çəkmişdir.

Bədiüzzaman, bir sözündə inkarçıların ona və ətrafındakılara qarşı qurduqları tələlərdə materializmin göstərdiyi təsiri belə açıqlamışdır:

Və salisən (üçüncüsü): Maddiyyun (materializm) fəlsəfəsinin və mədəniyyətinin cazibədar (cəlbedici), səfahət və yuxu gətirici ləzzətli zəhərləriylə ifsad etməklə (pozmaqla) mabeynlərində təsanüdü (aralarındakı həmrəyliyi) yox etmək və üstadlarını xəyanətlərlə çürütmək və peşələrini fənnin (elmin), fəlsəfənin bəzi düsturlarıyla nəzərlərindən sükut etdirməkdir (susdurmaqdır) ki...(56)

Bədiüzzamanın da ifadə etdiyi kimi, inkarçılar apardıqları mübarizəni yox etmək məqsədiylə, materialist mədəniyyətin nəticəsi olan müvəqqəti və dünyəvi ehtiraslarla iman edənləri aldatmağa çalışıblar. Həmçinin materialist mədəniyyətin təlqinləriylə iman edənlərin birlik və həmrəyliyini yox etməyə çalışmış və Bədiüzzamana müxtəlif böhtanlar atmışdırlar. Lakin bu planlarını uğurla həyata kçeirə bilməyiblər.

Bədiüzzaman verdiyi açıqlamalarda, xüsusilə də Axırzamanda darvinizm və materializmin güclənəcəyini, inkarçılığın bundan dəstək alaraq yayılacağını, lakin hz. İsa və hz. Mehdinin aparacaqları fikri mübarizələr nəticəsində bu fitnələrin yox olacağını ifadə etmişdir. Hz. Mehdinin birinci vəzifəsinin də darvinizm və materializmi fikrən yox etmək olduğunu söyləmişdir. Bədiüzzamanın da ifadə etdiyi kimi, hz. Mehdi bu vəzifəsini tam şəkildə yerinə yetirəcək, darvinizmi və materializmi fikrən yox edəcək, insanların imanlarının xilas olmasına vəsilə olacaq:

Birincisi: Fənn (elm) və fəlsəfənin təsəllütüylə (təsiriylə), maddiyyun və tabiiyyun taunu (darvinizm və materializm xəstəliyi), bəşəriyyətə intiçar etməsiylə (insanlar arasında yayılmasıyla), hər şeydən əvvəl fəlsəfəni və maddiyyun fikrini (materializmi) tam susduracaq tərzdə imanı xilas etməkdir.(57)

Bədiüzzaman, darvinizm və materializmin dəccalliyyətin dayaq nöqtəsi olduğunu, hz. İsanın bu fitnəyə qarşı böyük mübarizə aparacağını və onu yox edəcəyini isə, belə bildirir:

Axırzamanda fəlsəfə-i tabiiyənin (darvinizm fəlsəfəsinin) yaratdığı cərəyan-ı küfriyə (inancsızlıq hərəkatı) və inkar-ı ülühiyyətə (Allahın inkar edilməsinə) qarşı, İsəvilik dini təsəffi edərək və xurafatdan təcərrüd edərək (xurafatlardan və batil inanclardan təmizlənib) İslamiyyətə inqilab edəcəyi (yönələcəyi) bir vaxtda, necə ki, İsəvilik şəxsi-mənəvisi, vəhy-i səmavi qılıncıyla o görünməmiş dinsizliyin şəxs-i mənəvisini yox edər; beləliklə də, həzrəti İsa əleyhissalam, İsəvilik şəxs-i mənəvisini təmsil edərək, dinsizliyin şəxs-i mənəvisini təmsil edən dəccalı yox edər...(58)

Şəxs-i İsa əleyhissəlamın qılıncıyla öldürülən olan şəxsi dəccalın, təşkil etdiyi dəhşətli maddiyyunluq (materializm) və dinsizliyin əzəmətli heykəli və şəxs-i mənəvisini öldürəcək və inkar-ı ülühiyyəti (Allahı inkar etmək) olan fikr-i küfrisini (inkarçılıq hərəkatını) məhv edəcək...(59)

Göründüyü kimi, Bədiüzzaman Səid Nursi, inkarçılığın və din əxlaqından uzaqlaşmağın təməlində darvinizm və materializm olduğunu söyləyir. Hz. Mehdi və hz. İsanın rəhbərliyi altında müsəlmanların bu iki azğın ideologiyaya qarşı böyük fikri mübarizə aparacaqlarını ifadə edir. Allahın icazəsiylə, hz. İsa və hz. Mehdinin rəhbərliyi altında bu ideologiyalar fikirlə yox ediləcək və İslam əxlaqı yer üzünə hakim olacaq.


 << Geri