Darvİnİzmlə Elmİ Mübarİzə Aparmağın Əhəmİyyətİ


Darvinizmlə elmi mübarizə aparmaqdan qaçanlardakı ortaq psixologiya, darvinizmə qarşı hiss edilən bir cür acizlik duyğusudur. Təkamül nəzəriyyəsinin elmi tapıntılara əsaslandığını güman edənlər, elm qarşısında çarəsiz olduqlarını düşünürlər. Təkamülçülərin irəli sürdükləri iddiaların, doğruluğu sübut edilmiş məlumatlarla dəstəklənildiyini, dolayısilə bunlara cavab vermələrinin demək olar ki, qeyri-mümkün olduğunu zənn edərlər. Belə olduqda isə, hələ ən başdan "təslim olmağı" qəbul edərlər.

Halbuki təkamül nəzəriyyəsinin elmi nəzəriyyə olduğu yanılması, bu mövzuda aparılan güclü təbliğatın məhsuludur. Televiziya xəbərlərində, qəzet və jurnal yazılarında həmişə, təkamülün sübut edilmiş, təkzibolunmaz bir nəzəriyyə olduğu imici verilər. Təkamül nəzəriyyəsini müdafiə etməyin elmi müdafiə etmək olduğu, təkamülü rədd etməyinsə elmə qarşı çıxmaq olduğu təəssüratı yaradılar. Lakin elmi tapıntılar bu təbliğatın tam əksini göstərir. Elm, təkamülü dəstəkləmir, tam əksinə onu çürüdür. Bitərəf şəkildə elmi müdafiə edən bir insanın təkamülü müdafiə etməsi də, əslində qeyri-mümkündür. Təkamül nəzəriyyəsinin bu qədər gündəmdə tutulması, onun elmi nəzəriyyə olmasından ötrü deyil, materializmin və dinsizliyin dayaq nöqtəsi olmasından ötrüdür. Digər bir sözlə, təkamül təbliğatı elmi səbəblərdən ötrü deyil, ideoloji narahatlıqlardan ötrü aparılır.

Bəzi müsəlmanların şüur altında "darvinizmlə mübarizə aparmağın qeyri-mümkün olduğunu" düşünmələrinin təməlində də, bu güclü təbliğatın təsiri var. Bu təbliğatlar nəticəsində, heç bir düzgünlük payı olmadığı halda, təkamülə qarşı çıxmaq elmə qarşı çıxmaq kimi qəbul edilər. Elmə qarşı çıxmamaq üçün də, elmi olduğu güman edilən təkamül nəzəriyyəsiylə İslamiyyət arasında "orta bir yol" yaradılmağa çalışılar. Lakin əslində bu, darvinizmlə fikri mübarizə aparmaqdan qaçmaq üçün bir yol yaratmaqdır.


Andolsun onlara; "Gökleri ve yeri kim yarattı?" diye soracak ols an, tartışmasız; "Allah" diyecekler. De ki; "Hamd Allah'ındır."
Hayır, onların çoğu bilmezler.
(Lokman Suresi, 25)


Çünki səmimi şəkildə düşünən və vicdanıyla hərəkət edən bir insan, təkamül nəzəriyyəsinin doğru olmasının qeyri-mümkün olduğunu asanlıqla anlaya bilər. Olduqca həssas nizama və mükəmməl mexanizmə malik olan həyatın, təsadüflərin əsəri olması qeyri-mümkündür. Darvinistlər, bir ovuc şüursuz atomun bir yerə toplanaraq, yağışların, küləklərin, şimşəklərin, ildırımların təsiriylə, düşünə bilən, hiss edə bilən, söhbət edə bilən, gözəl bir mənzərə gördükdə zövq ala bilən, bir pişik balasına şəfqət duya bilən, yoxsullara mərhəmət edə bilən, yeni ixtiralar edə bilən, simfoniyalar bəstələyə bilən, arxitektur əsərlər meydana gətirə bilən insanı yaratdığını iddia edərlər. Şüursuz atomların, rəngarəng çiçəkləri, bir-birindən ləzzətli növbənöv meyvələri, hər biri digərindən fərqli mükəmməl sistemlərə sahib heyvanları meydana gətirdiyini söyləyərlər. Halbuki canlıların strukturları, ardıcıl təsadüflərlə meydana gələ bilməyəcək qədər kompleks və mükəmməldir. Meydana gəlmələri, üstün ağıl tələb edir. Əldə edilən hər yeni məlumat, canlıların üstün ağıl və güc sahibi bir Yaradıcı, yəni Rəbbimiz olan Allahın əsəri olduğunu bir daha göstərir.

Həmçinin elmi nəşrləri təqib edən bir insan da, təkamül nəzəriyyəsinin böyük çıxılmaz vəziyyətdə olduğunu açıqca görə bilər. Elmi nəşrlər, təkamülçü elm adamlarının etirafları və fikir ayrılıqlarıyla doludur. Bir çox təkamülçü, darvinizmin, həyatın necə meydana gəldiyini izah etməsinin qeyri-mümkün olduğunu açıqca etiraf edir. Üstəlik, sayları gün keçdikcə artan bir çox elm adamı da, darvinizmin düşdüyü vəziyyəti görərək, yaradılış həqiqətini müdafiə edir.

Dolayısilə, darvinizmlə fikirlə, açıq və qəti şəkildə mübarizə aparmaqdan çəkinməli heç nə yoxdur. Elmin təkamülü sübut etdiyini güman etdikləri üçün, bu mövzuyla yaxından maraqlandıqları vaxt, özlərinin də bu təlqinlərin təsiri altında qalıb inanclarının sarsılacağından, fikirlərinin dəyişəcəyindən qorxanların narahatlıqları yersizdir. Elm darvinizmi deyil, yaradılışı göstərir. Darvinizmin ortaya atdığı iddiaların hər biri, yüzlərlə elmi dəlil vasitəsilə çürüdülmüşdür. Müsəlmanların etməli olduqları, bu dəlillərdən də istifadə edərək, darvinizmi fikri mübarizəylə təsirsiz hala gətirməkdir.

Darvinizm, Passiv Və Təslim Olan Anlayışla Zərərsiz Hala Gətirilə Bilməz


Bəzi müsəlmanlar, tamamilə spekulyativ üsullarla və ideoloji səbəblərlə aparılan təkamül təbliğatlarını gözlərində böyüdüb, bunun öhdəsindən gələ bilməyəcəklərini zənn edərək, şövqlə və həyəcanla darvinizmlə elmi mübarizə aparmaq əvəzinə, passiv və təslimçi olurlar.

Bu passivlik və təslimçiliyin ən çirkin nümunələrindən biri, daha əvvəl də ifadə etdiyimiz kimi, darvinizmi müsəlmanlaşdırmağa çalışmaqdır. Bu hərəkətlərinə haqq qazandırmaq üçün də, Şumerlərin dövründəki cəmiyyətlərdən qalan bütpərəst inanclardan istifadə edərək, alim hesab etdikləri insanların sözlərini gətirər və "din bunu deyir" mesajı verməyə çalışarlar. Halbuki bu açıq şəkildə darvinizmlə fikri mübarizə aparmamaq üçün, işlədilən bəhanə üsuludur. Passiv və təslimçi mübarizənin çox çirkin tərəfidir.

Bu insanlar, qorxub fikri mübarizəylə məğlub edə bilməyəcəklərini düşündükləri darvinizmə qarşı, bu üsuldan istifadə edərək, gizli məğlub olmuş halda mübarizə apararlar. Halbuki Allaha qəlbən inanan, Onun üstün gücünü qiymətləndirə bilən bir müsəlman üçün bu mübarizə forması olduqca alçaldıcıdır. Saleh bir müsəlmanın passiv və məğlubyana mübarizə aparması qeyri-mümkündür. "Biz də eyni şeyi müdafiə edirik" məntiqiylə darvinizmə etiraz etməkdən söz gedə bilməz. Müsəlmanın iman etdiyi həqiqət, hər şeyi Allahın yaratdığı həqiqətidir. Dolayısilə bir müsəlmanın darvinistlərlə eyni şeyi müdafiə etməsi qeyri-mümkündür. Müsəlman, darvinizmə qarşı açıq və qalibanə şəkildə fikri mübarizə aparmalıdır. Allahdan lazım olduğu kimi qorxan bir müsəlmanın, darvinizmlə eyni fikri və ideologiyanı müdafiə etməsi qeyri-mümkündür.

Darvinizm təhlükəsini görə bilməmiş, onun Allah inancına qarşı apardığı mübarizəni dərk edə bilməmiş bu insanların, yanlış üsullardan istifadə etmək əvəzinə, bu mövzuda heç nə söyləməmələri olduqca yaxşı olar. Fikri mübarizə aparmaqdan qorxub, güclərinin yetmədiyi mövzularda yanlış və ağılsız üsullara əl atmaları yanlış hərəkətdir. Darvinizm, ciddi şəkildə mübarizə aparılmalı və tamamilə yox edilməli olan böyük təhlükədir. Bu böyük təhlükəni görməyərək darvinizmə qarşı aparılan fikri mübarizəyə əngəl törətmək, böyük səhvlik və Allaha qarşısında daşınılacaq böyük məsuliyyətdir.

Darvinizmi İslama Uyğunlaşdırmağa Çalışanların Səyləri Əbəsdir


Allah Quranda, canlıların və kainatın yaradılışı haqqında bir çox ayə bildirmişdir. Lakin bu ayələrdə, canlıların bir-birlərindən törədiklərinə, aralarında təkamüli bağ olduğuna dair heç bir məlumat və ya işarə yoxdur. Əlbəttə ki, Allah istəsəydi canlıları təkamüllə də yarada bilərdi. Lakin Quranda buna dair bir işarəyə rast gəlinmir və Quranda növlərin, təkamülçülərin iddia etdiyi kimi mərhələli şəkildə meydana gəlməsini dəstəkləyəcək heç bir ayə yoxdur. Əgər belə bir yaradılış olsaydı, bunu, Quran ayələrində açıqlamalarıyla birlikdə görərdik. Lakin tam əksinə Quranda canlıların və kainatın Allahın "ol" əmriylə möcüzəvi şəkildə yaradıldığı bildirilir:

Göyləri və yeri (nümunəsiz olaraq) yaradan Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq: “ol!” deyər, o da dərhal olar. (Bəqərə surəsi, 117)


Əgər iddia edildiyi kimi, həqiqətən də hz. Adəmdən əvvəl yarı meymun-yarı insan canlılar yaşamış olsaydı, canlıların yaranmasında mutasiyaların, təbii seleksiyaların təsiri olsaydı, Allah bunu bizə Qurani-Kərimdə açıq və konkret şəkildə xəbər verərdi. Lakin Quranın heç bir ayəsində belə bir məlumat yoxdur. Tam əksinə bir çox ayədə, insanın yoxdan, ən gözəl şəkildə yaradıldığı bildirilir:

Biz insanı ən gözəl surətdə yaratdıq! (Tin surəsi, 4)

O, göyləri və yeri haqq olaraq yaratdı, sizə surət verib onları gözəl şəklə saldı. Dönüş də Onadır. (Təğabun surəsi, 3)


Qurana bütövlükdə baxıldıqda, təkamüllü yaradılış iddiasını müdafiə edənlərin verdikləri açıqlamaların heç bir əsasının olmadığı açıq şəkildə görülür. Necə ki, daha əvvəl “Quran darvinizmi yalanlayır” adlı kitabımızda, təkamüllü yaradılışı müdafiə edən müsəlmanların iddiaları tək-tək cavablandırılmış və təkamüllü yaradılış iddiasının dəlilsiz olduğu göstərilmişdir (mövzuyla əlaqədar daha ətraflı məlumat almaq üçün baxın: Harun Yəhya, “Quran darvinizmi yalanlayır”, araştırma nəşriyyatı, 2005)

Bəzi müsəlmanlar məlumat çatışmazlığından ötrü, təkamüli yaradılış ola biləcəyinə aldana bilərlər. Lakin getdiyi yolun səhv və ya yanlış olduğunu gördüyü vaxt, səmimi bir müsəlmanın edəcəyi şey, səhvindən imtina etməsi və doğrunu qəbul etməsidir. Allah, Quranda iman edənlərin etdikləri səhvlərdə israr etməməli olduqlarını xəbər vermişdir:

…Bir də onlar gördükləri (pis işlərdə) israr etməzlər. (Ali İmran surəsi, 135)


Ayədə bildirilən gözəl əxlaqla yaşayanlar, darvinizmi müsəlmanlaşdırmağa çalışmağın nə qədər yanlış hərəkət olduğunu görməli və bunu görən kimi bu hərəkətlərindən imtina etməlidirlər. Bunu etmələrinin ən gözəl əlaməti isə, darvinizmi bilvasitə dəstəkləyən mövqedə olmaqdan çəkinmək, aydın və açıq rəftarla darvinizmə qarşı çıxmaq və darvinizmə qarşı aparılan fikri mübarizəyə dəstək vermək olacaq.

Darvinizmi Müsəlmanlaşdırmağa Çalışanlar, Mələklərin Və Cinlərin Yaradılışına Izah Gətirə Bilməzlər


Üstün güc sahibi olan Rəbbimiz, istədiyini istədiyi şəkildə və vaxtda, nümunəsiz olaraq yoxdan yaradandır. Allah bir şeyin olmasını istədikdə, təkcə ona "olmasını" əmr edər:

Biz bir şeyin olmasını istədikdə, ona ancaq: “ol!” deyirik, o da dərhal olur. (Nəhl surəsi, 40)


Allah hər cür çatışmazlıq və nöqsandan uzaq olan, heç nəyə ehtiyacı olmayandır. Dolayısilə Allahın yaratması üçün də heç bir səbəbə, vasitəyə, mərhələyə ehtiyac yoxdur. Dünyada hər şeyin müəyyən səbəblərə, təbiət qanunlarına bağlı olması heç kimi yanıltmamalıdır. Allah, bütün bu səbəblərin Yaradıcısı olaraq bunlardan tamamilə uzaqdır.

Lakin bu həqiqətləri lazımınca düşünməyənlər, müxtəlif yanlış fikirlərə qapıla bilərlər. Öz ağıllarınca darvinizmlə İslam arasında uzlaşma yaratmağa çalışanlar da, bu düşünməməzlikdən ötrü yanılırlar. Allahın üstün yaratma gücünü, yaratma sənətindəki mükəmməliyi qiymətləndirə bilmədikləri üçün "İslami təkamül" kimi gözlənilməz sözlər söyləyirlər. İnsanın təkamül nəticəsində yarandığını iddia edən bu insanlara, mələklərin və cinlərin necə yaradıldığı sualı verildikdə cavabları; "Allah yoxdan yaratdı" olacaq. Cinləri və mələkləri Allahın yaratdığını bilib qəbul edən bu insanların, Allahın, insanı da eyni şəkildə yaratmış olduğunu düşünə bilməmələri, bunu ağıllarına gətirə bilməmələri olduqca dəhşətamizdir. Mələkləri "ol" əmriylə bir dəfədə yaradan uca Rəbbimizin, insanı da eyni şəkildə yaratmış olduğunu görə bilməmələri çox təəccüblü haldır.

Allah Quranda cinlərin, insanlardan fərqli olaraq, oddan yaradıldıqlarını bildirmişdir:

O, insanı saxsı kimi quru gildən, cinləri isə, yalın-dumansız oddan yaratdı. (Rəhman surəsi, 14- 15)


Quranda bildirildiyi kimi, mələklərin yaradılışı da insanın yaradılışından çox fərqlidir. Ayədə mələklərin yaradılışı belə bildirilir:

Həmd göyləri və yeri Yaradan, mələkləri iki, üç və dörd qanadlı elçilər edən Allaha məxsusdur! O, xəlq etdiklərindən istədiyini artırır. Həqiqətən, Allah hər şeyə qadirdir. (Fatir surəsi, 1)


Ayədə işlədilən ifadədən açıqca aydın olduğu kimi, mələklər görünüş etibarilə də insanlardan çox fərqlidirlər. Həmçinin Quranda həm mələklərin, həm də cinlərin insanlardan əvvəl yaradıldığı bildirilir. Allah ilk insan olan hz. Adəmi yaradacağı vaxt, əvvəlcədən yaratmış olduğu mələklərə və cinlərdən olan İblisə hz. Adəmə səcdə etmələrini əmr etmişdir. Ayədə belə bildirilir:

Bir zaman Biz mələklərə: “Adəmə səcdə edin!” demişdik. İblisdən başqa hamısı səcdə etdi. İblis cinlərdən idi. O, Rəbbinin əmrinə boyun əymədi. Onlar sizin düşməniniz olduğu halda, siz Məni qoyub onu və onun nəslini özünüzə dostmu tutursunuz? Zalımlar üçün bu necə də yarıtmaz mübadilədir! (Kəhf surəsi, 50)

Allah üçün yaratmaq çox asandır. Rəbbimiz heç bir səbəb olmadan yoxdan yaradandır. Cinləri və mələkləri necə müxtəlif şəkillərdə və yoxdan yaradıbsa, insanı da təkamülə ehtiyac duymadan, ayrı varlıq kimi yoxdan yaratmışdır. Eyni vəziyyət heyvanlar və bitkilər kimi, digər canlılar üçün məqbuldur. Quranda bildirilən açıq həqiqət budur: Allah bu canlıların heç birini təkamül prosesindən keçirtmədən, yəni növləri başqa növlərə çevirmədən bir anda yoxdan yaratmışdır.

Quranda Bildirilən Allahın Səbəbsiz Yaratmasına Dair Nümunələr


Darvinizmlə İslam arasında "orta bir yol" yaratmaq səhvliyinə düşənlərin yanlış məntiqləriylə izah gətirmələrinin qeyri-mümkün olduğu mövzulardan biri də Quranda bildirilən, Rəbbimizin möcüzəvi yaradış nümunələridir. Bu nümunələrdə Allahın heç bir səbəb olmadan, möcüzəvi şəkildə yaratdığı canlılar bildirilir. Şumer əfsanələrinin bütpərəst hekayələrini elm zənn edənlər, bu nümunələr qarşısında çarəsizdirlər.

Hz. İsanın Palçıqdan Düzəltdiyi Quşun Canlanması


Quranda hz. İsanın palçıqdan quş formasında bir şey düzəltdiyi, sonra buna üfürdüyü vaxt, onun Allahın diləməsiylə canlandığı bildirilmişdir:

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənə və anana olan nemətimi xatırla! O zaman səni müqəddəs ruhla qüvvətləndirmişdim. Sən həm beşikdə ikən, həm də yetkin çağında insanlarla danışırdın. Sənə yazmağı, hikməti, Tövratı və İncili öyrətmişdim. Sən Mənim iznimlə palçıqdan quşa bənzər bir şey düzəldib ona üfürürdün, o da Mənim iznimlə quş olurdu… (Maidə surəsi, 110)


Bu quş, heç bir səbəbdən asılı olmadan, Allahın diləməsi və möcüzəsiylə, canlanmışdır. Cansız maddədən canlı bir quşun yaranması, uca Allahın nümunəsiz, səbəbsiz, üstün yaratmasının nümunələrindən biridir və bu vəziyyətə, darvinizmi müsəlmanlaşdırmağa çalışanların zehniyyətiylə izah gətirilməsi qeyri-mümkündür.

Ölən quşların Hz. İbrahimə Geri Qayıtmaları


Allahın cansız varlıqlara möcüzəvi şəkildə can verdiyini göstərən nümunələrdən biri də hz. İbrahim hekayəsində göstərilir:

Bir zaman İbrahim: “Ey Rəbbim, ölüləri necə diriltdiyini mənə göstər!” dedi. Rəbbi ona: “Məgər sən inanmırsan?” dedi. İbrahim dedi: “Əlbəttə inanıram! Amma istəyirəm ki, qəlbim rahat olsun”. Allah buyurdu: “Quşlardan dördünü tut, onları özünə alışdırdıqdan sonra onları tikə-tikə et. Sonra hər dağın başına onlardan bir parça qoy, sonra da onları çağır, tez sənin yanına gələcəklər. Bil ki, Allah Qüdrətlidir, Müdrikdir!” (Bəqərə surəsi, 260)


Ayədə bildirildiyi kimi, hz. İbrahim dörd quşun hər bir parçasını bir dağın üzərinə qoymuş, lakin bu quşlar daha sonra möcüzəvi şəkildə yenidən canlanaraq hz. İbrahimə qayıdıblar. Bu, Rəbbimizin bütün səbəblərdən uzaq olduğunu, heç bir səbəb olmadan canlıları yoxdan yaratdığını göstərən bir nümunədir.

Hz. Zəkəriyyanın Sonsuz Həyat Yoldaşından Uşağının Olması


Quranda nümunə verilən möcüzəvi yaradılış formalarından biri də, hz. Zəkəriyyanın yoldaşı sonsuz olduğu halda, bir uşaqla müjdələnməsidir. Ayələrdə belə buyurulur:

Ona belə vəhy olundu: “Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!” O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?” Mələk dedi: “Bu, belədir… (Məryəm surəsi, 7-9)


Ayələrdə bildirildiyi kimi, Allah üçün yaratmaq çox asandır; Allahın heç bir səbəbə ehtiyacı yoxdur. Rəbbimiz hər cür çatışmazlıqdan və nöqsandan uzaqdır.

Həmçinin Quranda bildirilən bəzi diriliş nümunələri də, Allahın istədiyini, istədiyi vaxtda, istədiyi şəkildə yoxdan yaratdığı kimi, heç bir səbəbə ehtiyac duymadan diriltdiyini də göstərir.

Hər insan ölüb torpağa qarışdıqdan sonra axirət günündə yeni yaradılışla dirildiləcək. İnsanın bu dirilişi ilk yaradılışına bənzər şəkildə olacaq. Bu həqiqət ayədə belə bildirilir:

Hüzurumuza ilk dəfə sizi xəlq etdiyimiz kimi tək-tənha, həm də sizə verdiyimiz nemətləri arxanızda qoyub gəldiniz… (Ənam surəsi, 94)


Ayədə insanların axirətdəki yenidən yaradılışlarının ilk yaradılışları kimi olacağına diqqət çəkilmişdir. Ölüb toz-torpaq halına gələn insan, Rəbbimizin diriltməsiylə yenidən canlanacaq, cansız maddə olduğu halda insan halına gələcəkdir. Qiyamət günündə insanların bədənlərini yoxdan yaradacaq olan Allah, ilk insan olan hz. Adəmi də cansız maddə olan palçıqdan yaratmışdır:

Bir zaman sənin Rəbbin mələklərə belə demişdi: “Mən palçıqdan bir insan yaradacağam. Mən ona surət verib Öz ruhumdan üfürdüyüm zaman ona səcdə edin!” (Sad surəsi, 71-72)


Dolayısilə insanın ilk yaradılışıyla axirətdə yenidən yaradılması bir-birinə bənzəyir və bu mərhələli şəkildə deyil, bir anda, möcüzəvi şəkildə baş vermişdir.

Həmçinin Allah, dünyada da bəzi qullarına möcüzəvi diriltməsinin nümunələrini göstərmişdir. Məsələn, Rəbbimiz, hz. Musanın qövmünə, ölüləri necə diriltdiyini göstərmək üçün, bir cəsədə daha əvvəl kəsdikləri bir inəyin parçasıyla vurmalarını əmr etmişdir və bu qövm, Allahın möcüzəsi sayəsində cəsədin dirilməsinə şahid olmuşdur. Bu hekayə ayələrdə belə bildirilir:

O zaman siz bir nəfəri öldürmüşdünüz və onun qatili barəsində mübahisə edirdiniz. Allah isə sizin gizlətdiklərinizi aşkara çıxarar. Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız. Sonra bunun ardınca sizin qəlbləriniz sərtləşib daş kimi, hətta ondan da sərt oldu. Həqiqətən, daşlardan eləsi var ki, içərisindən çaylar qaynayıb çıxar. Onlardan eləsi də var ki, yarılar, içərisindən su çıxar. Eləsi də var ki, Allahın qorxusundan yuvarlanıb yerə düşər. Allah sizin nə etdiklərinizdən xəbərsiz deyildir. (Bəqərə surəsi, 72-74)


Bu mövzuda Quranda verilən digər bir nümunə isə, öldükdən sonra dirilməyə inanmayan bir insanın vəziyyətidir. Ayələrdə bildirildiyi kimi, Allah bu insanı yüz il ölü vəziyyətdə saxlamış və sonra da diriltmişdir. Quranda bu hadisə belə bildirilir:

Və ya damları uçulub xarabalığa çevrilmiş bir kəndin yanından keçən kimsənin hekayətini bilmirsənmi? O demişdi: “Allah bu kəndi ölümündən sonra necə dirildəcək?” Allah onu öldürüb yüz il saxladı, sonra da dirildib dedi: “Nə qədər qaldın?” O dedi: “Bir gün yaxud bir gündən də az qaldım!” Allah dedi: “Əksinə, sən yüz il qaldın. Öz yeməyinə və içdiyin suya bax, hələ də xarab olmayıb. Uzunqulağına da bax! Biz səni insanlar üçün bir dəlil etdik. Sümüklərə bax, gör Biz onları necə bir-birinə birləşdirir, sonra da onların üstünü ətlə örtürük”. Ona həqiqət bəlli olduqda: “Mən artıq bilirəm ki, Allah hər şeyə qadirdir!” dedi. (Bəqərə surəsi, 259)


Bu mövzuda Quranda verilən nümunələrdən biri də, kəhf əhlidir. İnanclı gənclərdən ibarət olan Kəhf əhli (mağara sahibləri), yaşadıqları qövmü, Allaha şirk qoşduqları və Ondan başqa ilahlar qəbul etdikləri üçün tərk edərək mağaraya sığınmışdırlar. Lakin Allah kəhf əhlini üç yüz ildən artıq davam edən yuxuya vermiş və beləliklə də, onları möcüzəvi şəkildə mağarada yatırtmışdır. Daha sonra da onları bu yuxularından oyandırmışdır. Bu hadisə Quranda belə bildirilir:

Biz mağarada onların qulaqlarını illərlə qapalı saxladıq (onları yuxuya verdik). (Kəhf surəsi, 11)

Onlar mağarada üç yüz il, üstəlik doqquz il də qaldılar. De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!” (Kəhf surəsi, 25-26)

Sonra iki dəstədən hansının onların mağarada qaldıqları müddəti daha düzgün hesabladıqlarını bilmək üçün onları oyatdıq. Biz onların əhvalatını sənə olmuş bir həqiqət kimi söyləyirik. Onlar Rəbbinə iman gətirmiş gənclər idi. Biz də onların hidayətini artırdıq. (Kəhf surəsi, 12-13)


Bu nümunələr, İslamla darvinizm arasında orta bir yol axtaranların yanıldıqlarını yenidən göstərir. Çünki bu insanların məntiqləriylə, Quranda bildirilən bu nümunələrin heç birinə izah gətirmək olmaz. Bu insanlar darvinistlərin fikri təməlini meydana gətirən naturalist əhkamdan təsirləndikləri üçün, canlıların və insanın mənşəyinə də təbiət qanunları əsasında izah gətirməyə çalışırlar. Böyük səhvlik edərək, Allahın bu təbiət qanunlarıyla məhdudlaşdırılmış yaradılışla canlıları yaratdığını (Allahı tənzih edirik) düşünürlər. Dolayısilə yaradılışın, mutasiya, təbii seleksiya, növləşmə kimi xəyali mexanizmlər vasitəsilə, bir növün digərinə çevrilməsiylə baş vermiş olduğunu zənn edirlər. Bir müsəlmanın belə azğın məntiqə sahib olması böyük səhvlik olar. Üstün güc sahibi olan Rəbbimiz, istədiyini istədiyi şəkildə yaratmağa qadirdir. Səmimi bir müsəlman, bütün nöqsanlardan uzaq olan Uca Allahı lazımınca qiymətləndirə bilməli və əsla təkamülçü ehkamların, təlqinlərin, aldatmaların təsiri altında qalmamalıdır.



Darvinizmi "Əhəmiyyətsiz" Hesab Etmək Ciddi Yanılmadır


Darvinizmlə aparılmalı olan fikri mübarizənin əhəmiyyəti açıqca ortada olmasına baxmayaraq, bəzi insanlar hələ də; "niyə darvinizm mövzusu bu qədər əhəmiyyətlidir?" deyərək bu elmi mübarizəni əhəmiyyətsiz hesab edir və ya "onsuz da artıq Darvinə inanmırlar, dolayısilə bu mövzuda çalışmağa ehtiyac yoxdur" kimi həqiqətlə ziddiyyət təşkil edən məntiqlər gətirərək müsəlmanların darvinizmlə mübarizə aparmalarına əngəl törətməyə çalışırlar. Bu və buna bənzər iddialar, əslində darvinizmlə fikri mübarizə aparmaqdan qaçmaq üçün gətirilən bəhanələrdir.

Halbuki darvinizm, hər hansı elmi tezis deyil, insanlara Allahı inkar etdirmək üçün hazırlanan və müdafiə olunan düşüncə sistemidir. Təkamül nəzəriyyəsiylə materialist fəlsəfə, bir-birini tamamlayan iki düşüncə sistemidir. Qədim Yunanistanda yaranan bu birlik, 19-cu əsrin primitiv elm anlayışı çərçivəsində yenidən gündəmə gətirilmiş və təkamül nəzəriyyəsi materializmə dəstək meydana gətirdiyi üçün (elmi olub olmadığına baxılmadan) materialistlər tərəfindən dərhal qəbul edilmişdir.

Bu açıq bir həqiqətdir ki, darvinizmin və ondan dayaq alan materialist fəlsəfənin yayılmasıyla birlikdə, "insan nədir?" sualına azğın cavablar verilməyə başlanılmışdır. Əvvəllər bu suala; "insan, Allahın yaratdığı və Onun öyrətdiyi gözəl əxlaqa uyğun yaşamalı olan bir varlıqdır" cavabını verən insanların bir hissəsi, bir çox aldadıcı təlqin nəticəsində, "insan təsadüflərlə yaranmış, həyat mübarizəsiylə inkişaf etmiş bir heyvandır" yanılmasına qapılmağa başlamışdır.

Təkamül nəzəriyyəsi, təsadüfləri, zamanı və cansız maddələri ilah qəbul edib, bu gücsüz, şüursuz varlıq və anlayışlara öz ağıllarınca yaradıcı sifətini verir. Bir müsəlman bu cür bütpərəst təməllərə əsaslanan nəzəriyyəyə əsla sahib çıxmaz. İnanclı bir insan, Yaradıcımız olan Allahın hər şeyi yoxdan yaratdığına iman edər və bu inanca qarşı çıxan hər cür ideologiya və inancla elmi yolla mübarizə aparar.

Tərəfdarlarının təbliğatına aldanaraq darvinizmin gətirdiyi təhlükələri görməzlikdən gəlmək ciddi səhvlik olar. Darvinizmin nə qədər təhlükə olduğunu qavraya bilməyən bir insan, bir müddət sonra bu azğın ideologiyanı normal hesab etməyə başlayar. Darvinizmi normal hesab etməksə, ateizmi, dinsizliyi, materializmi normal hesab etmək deməkdir. Darvinizmlə elmi mübarizədən qaçmaq da, ateizmlə, dinsizliklə mübarizə aparmaqdan qaçmaq deməkdir. Əlbəttə ki, bu, inanclı bir insan üçün qəbuledilməz haldır.

Bu unudulmamalıdır ki, dünyanın müxtəlif yerlərində minlərlə müsəlmanın, zavallı qadınların, uşaqların, yaşlıların gördükləri zülmün, yaşadıqları əzab və çətinliklərin təməlində darvinizm dayanır. Yüzlərlə günahsız insanın qanının tökülməsinə, insanların nigarançılıq, narahatlıq və qorxu içində yaşamalarına səbəb olan terror, darvinizmin təlqinləriylə bəslənir. Faşizm və kommunizm kimi ötən əsrə damğasını vuran qanlı ideologiyalar darvinizmdən güc alır. Bir çox cəmiyyətin yaşadığı əxlaqi pozğunluq, darvinist təbliğatın nəticəsidir (sonrakı hissələrdə bu mövzular ətraflı şəkildə ələ alınacaq).

Müsəlmanların məsuliyyəti; "yer üzündə fitnə yox olanadək" elmi mübarizə aparmağa davam etməkdir. Dövrümüzün ən təhlükəli və ciddi fitnəsi isə, darvinizmdir. Müsəlmanların; "darvinizm, elm adamlarının məsələsidir, bizi maraqlandırmaz" kimi yanlış fikirlərə qapılmaq əvəzinə, etməli olduqları şey, yer üzündə böyük zülmə səbəb olan bu ideologiyanı fikri mübarizə aparmaqla təsirsiz hala gətirməkdir. Bunu əksini etmək, zülmə razı olmaq deməkdir. Səmimi şəkildə iman edən heç kəs belə bir məsuliyyəti boynuna götürmək istəməz.

Bu Böyük Fikri Mübarizədən Qaçmağın Gətirdiyi Məsuliyyət


Saleh möminlər, təbliğ məsuliyyətlərini böyük şövqlə yerinə yetirər və din əxlaqının yayılması üçün səy göstərərlər. Bu əsnada, din əxlaqının yayılmasına və yaşanmasına mane olan ünsürləri də tam şəkildə müəyyənləşdirib, bunlara qarşı efffektiv fikri mübarizə apararlar. Materializm və ateizmin dırnaqarası elmi dayağı olan darvinizm, hazırkı dövrdə insanları din əxlaqından uzaqlaşdıran ən əhəmiyyətli cərəyandır. Bundan ötrü də, möminlərin darvinist təbliğat qarşısında səssiz qalmaları olduqca yanlış olar.

Həm darvinizmlə fikirlə mübarizə aparmayıb, həm də dünyada yaşanan çətinliklərdən, müsəlman xalqların çəkdiyi əziyyətlərdən və ictimai pozulmadan narahat olduğunu söyləmək mənasızdır. Çünki səmimi şəkildə, sıxıntı və çətinlik içində yaşayan müsəlmanlara yardım əli uzatmaq istəyənlər, aclığa, yoxluğa, ədalətsizliyə daimi çıxış yolunun meydana gəlməsini, qarşıdurmaların sona çatmasını, sülhün hakim olmasını, müsəlmanların dünyanın hər yerində sevgi və hörmət görməsini, müqəddəs dəyərlərimizin lazımınca qorunmasını tələb edənlər, darvinizmlə elmi mübarizə aparmaq məcburiyyətindədirlər. Çünki darvinizm yox olmadan, bu istəklərinin gerçəkləşməsi qeyri-mümkündür. Darvinizm mövcud olduğu müddətcə, materializm və ateizm fəaliyyətini davam etdirəcək, insanlar da din əxlaqından uzaqlaşacaqlar. Din əxlaqından uzaqlaşan mühitlərdə isə, yuxarıda sayılan problemlərin yaşanmaması imkansız olacaq.


Dünyanın dört bir yanında, Müslümanların yaşadıkları acı ve sıkıntılara çözüm oluşturmak, tüm iman edenlerin sorumluluğudur. Ancak, kalıcı bir çözüm oluşturmak için sivrisineklerle tek tek mücadele etmek yerine bataklığı kurutmak gerekir. Tüm dünyada acı, gözyaşı ve sıkıntıya neden olan bataklık ise Darwinizm'dir.

Necə ki, ağcaqanadlarla mübarizədə görülən əsas iş, ağcaqanadların gəlmə mənbəyi olan bataqlığın qurudulmasıdırsa, ictimai problemlərin həlli də darvinizmin fikri mübarizəylə ortadan qaldırılmasıdır. İstəyən tək-tək ağcaqanadları öldürməyə çalışa bilər, lakin bataqlıq qurudulmadığı müddətcə bir insan bütün gününü ağcaqanadları qıraraq keçirsə də, ertəsi gün yeni ağcaqanadlarla mübarizə aparmalı olacaq.

Ədalətsizliklərin, kasıblığın, sosial natarazlığın aradan qaldırılması, qarşıdurmaların sona çatması kimi, mövzularda ayrı-ayrılıqda səy göstərmək, əlbəttə ki, zəruri və əhəmiyyətlidir. Lakin köklü çıxış yolunun və istənilən nəticənin əldə olunması üçün, darvinizmin tamamilə təsirsiz hala gətirilməsi şərtdir. Darvinizmin fikri mübarizəylə yox edilməsi sayəsində, bu problemlər də normal olaraq ortadan qalxacaq. Çünki bu problemləri meydana gətirən fikri təməl yox olacaq.

Bütün müsəlmanlar bu şüurla, darvinizmə qarşı elmi mübarizə aparmalarının nə qədər böyük məsuliyyət olduğunu yenidən düşünməlidirlər. Allah Quranda, üzrsüz səbəbdən ötrü oturanlarla, bütün imkanlarını səfərbər edərək səy göstərənlərin Allah qatında eyni qarşılığın almayacaqlarını bildirmişdir:

Möminlərdən (üzürlülər istisna olmaqla) evdə oturanlarla Allah yolunda öz malları və canları ilə cihad edənlər eyni olmazlar. Allah öz malları və canları ilə cihad edənləri evdə oturanlardan dərəcə etibarilə üstün etdi... (Nisa surəsi, 95)


Əlbəttə ki, saleh möminlər, Allah rizasının ən çoxunu qazanmaq istəyərlər. Bundan ötrü də, bütün imkanlarından istifadə edərək dinsizliyə və dinsizliyin dayaq nöqtəsi olan darvinizmə qarşı fikri mübarizə aparmaqla məsuldurlar.

Quranda: “Şübhəsiz ki, inkarçılar insanları Allah yolundan sapdırmaq üçün öz mallarını sərf edirlər və bundan sonra da sərf edəcəklər... (Ənfal surəsi, 36) ayəsiylə, inkarçıların həmişə dinsizliyi yaymaq üçün, səy göstərəcəklərinə işarə edilmişdir. İnkarçıların göstərdiyi bu səy qarşısında inanclı insanların reaksiyasız qalmaları, təhlükəni görməzlikdən gəlmələri, passiv olmağı seçmələri, çəkingən davranmaları qəbuledilməzdir. Üzərlərindəki böyük məsuliyyəti görən saleh müsəlmanlar, darvinizm təhlükəsinə qarşı çevik, fəal və cəsur şəkildə fikri mübarizə aparmağa başlayar və müxtəlif bəhanələr gətirərək əsla bu elmi mübarizədən qaçmağa çalışmazlar. Çünki, belə bir mübarizəni görməzlikdən gəlməyin, axirətdə böyük məsuliyyət gətirə biləcəyini dərk edirlər.

Müsəlmanlar Darvinist Təlqinlərə Aldanmamalıdır


Təkamül nəzəriyyəsi müasir elmi inkişaflar qarşısında bütün dayaqlarını itirmişdir. İstər molekulyar səviyyədə, istərsə də biologiya və ya paleontologiya sahələrində aparılan tədqiqatlar, canlıların təkamül prosesi nəticəsində meydana gəlməsinə dair iddiaları tamamilə etibarsız hala salmışdır. Lakin darvinistlər, etdikləri demaqoqluqlar, gətirdikləri yanlış nümunələr, söz oyunları, istifadə etdikləri yanlış məntiq əlaqələri və hətta bəzən saxtakarlıqlarla da xalqı yanıltmağa çalışarlar.

Darvinist nəşrlər diqqətlə nəzərdən keçirildikdə, təkamülçülərin bu oyunlarını görmək mümkündür. Klassik darvinist taktika və təlqinlərdən bəzilərini belə sadalaya bilərik:


1) Təkamülçülər, Konkret Dəlillər Deyil, Xəyali Hekayələr Danışarlar:
Darvinist nəşrlərdə, demək olar ki, heç vaxt konkret elmi dəlillərə əsaslanan izahat olmaz. Bir tərəfdən təkamül nəzəriyyəsinin çıxılmaz vəziyyətləri üzərindən bir neçə cümləylə keçilər, digər tərəfdənsə, təbiət tarixi mövzusunda bir çox əfsanəvi ssenari yazılar. İlk canlıların cansız maddələrdən necə meydana gəldiyi, fosil qeydlərindəki böyük boşluqlar, canlılardakı mürəkkəb sistemlər kimi, təməl mövzuların üzərində heç dayanılmaz. Çünki açıqlanan hər incəlik təkamülçülərin məqsədlərinə zidd düşəcək və öz nəzəriyyələrinin çürüklüyünü göz qabağına gətirəcək.

Məsələn, darvinistlər, quşların mənşəyini izah edərkən uzun-uzadı şəkildə dinozavrların milçəkləri qovarkən necə qanad meydana gətirdiklərindən danışarlar. Lakin saniyədə təxminən 500 dəfə qanad çırpa bilən milçəyin necə meydana gəldiyini qətiyyən izah edə bilməzlər. Yaxud canlıların ilk yaranma prosesini izah edərkən, uzun-uzadı şəkildə dünyanın o dövrdəki şəraitindən danışar, atmosferin xüsusiyyətlərini sadalayar və isti su kütləsi içində canlıların təməl elementi olan hüceyrənin meydana gəldiyini söyləyib keçərlər. Lakin 21-ci əsrin texnoloji imkanları şəraitində laboratoriyalarda belə yaradıla bilməyən, olduqca kompleks orqanoidlərə sahib hüceyrəni, şüursuz atomların necə olub da meydana gətirdiklərini və bu hüceyrədən minlərlə növ canlının necə meydana gəldiyini izah edə bilməzlər. Arxeoloji qazıntılar vaxtı, əldə edilən tapıntılara, öz ön mühakimələrinə görə izah gətirib xəyali bir bəşəriyyət tarixinin təkamülü sxemini meydana gətirərlər. Tapdıqları bir neçə sümük parçasına, daş əşyaya baxaraq dövrün insanlarının mağaralarda əyinlərində heyvan dəriləriylə necə ibtidai həyat yaşadıqlarından uzun-uzadı danışarlar. Lakin yüz minlərlə il bundan əvvələ aid metal əşya parçalarına, on minlərlə illik mükəmməl estetikaya malik mağara divarlarında cızılmış şəkillərə, guya daş dövrü insanlarının müvəffəqiyyətli beyin əməliyyatları yerinə yetirmələrinə, keçmiş mədəniyyətlərdən dövrümüzə gəlib çatmış əsərlərdəki incəsənət, qabiliyyət və ağıl nümunələrinə izah gətirə bilməzlər. Həmişə bütün canlıların yavaş-yavaş bir-birindən təkamül keçirmək yoluyla meydana gəldiyini iddia edərlər. Bu iddiaya görə, tarix boyu yarı sürünən-yarı quş, yarı onurğalı-yarı onurğasız kimi bir çox “ara keçid forma”sı olmalıdır. Eləcə də, bu varlıqların fosil qeydlərində nümunələri tapılmalıdır. Dənizlər quruduğu üçün quruya çıxmaq məcburiyyətində qalan balıqların necə sürünənlərə çevrildiyini uzun-uzadı izah edən bir təkamülçüdən, bu iddiasını sübut edən bir fosil olub-olmadığını soruşsanız, bu sualınıza heç bir cavab ala bilməzsiniz. Çünki darvinistlər 150 ildən artıq müddətdir ki, ara keçid növlərinə aid fosillər axtarmalarına baxmayaraq, bunlara aid tək bir nümunə belə tapa bilməyiblər. Tapdıqları bütün fosillər, canlıların birdən-birə ortaya çıxdığını, yəni yaradıldığını göstərir. Lakin darvinist nəşrlərdə bu həqiqətdən heç bəhs edilməz, bunun əvəzinə fosil qeydləri mövzusu həmişə ört-basdır edilər.

Darvinistlərin bu üslubu, lazımınca düşünməyən və ya kifayət qədər məlumatı olmayan insanlarda, qəti dəlillərlə sübut edilmiş elmi bir nəzəriyyəylə üz-üzə olduqları düşüncəsini yarada bilər. Lakin bu düşüncə tamamilə yanlışdır. Darvinistlərə veriləcək "niyə?" və "necə?" sualları, onları düşdükləri çıxılmaz vəziyyətlə üzləşdirəcək. Çünki bu suallara verə biləcəkləri məntiqli və elmi cavabları yoxdur. Bir sözlə, təkamül nəzəriyyəsi fərziyyədən ibarətdir. Bir fərziyyənin elmi sayılması üçün, sınaqdan keçirilə bilməli və ya tapıntılarla təsdiqlənməlidir, lakin təkamülçü hekayələr bunlardan məhrumdur.

2) Darvinistlər, təkamül nəzəriyyəsinə inanmağın, elmin tələbi olduğunu iddia edərlər
Ən geniş yayılmış darvinist təbliğatlardan biri də; "təkamül nəzəriyyəsinə inanmayan doqmatikdir", "təkamül nəzəriyyəsinə inanmayan elmə əsaslanmır" kimi əsassız şüarlardır. Darvinistlərin bu təlqinləri, bəzi hallarda bir sıra inanclı insanların da yanılmasına səbəb olur.

Halbuki bu, təkamülçülərin "elm" dedikdə nə başa düşdükləriylə əlaqədar ön mühakiməli açıqlamadır. Darvinist zehniyyətin bəhs etdiyi elm, araşdıran və tapıntıları bitərəf şəkildə qiymətləndirib, bu tapıntıların göstərdiyi nəticələri qəbul edən bir elm deyildir. Darvinistlərə görə elm, öz inanclarını və düşüncələrini təsdiqləmək məcburiyyətindədir və ortaya çıxan nəticələr təkamülçülərin ehkamlarına uyğun şəkildə təhrif edilərək şərh olunduğu müddətcə qəbul edilə bilər. Digər bir sözlə, təkamülçülər tapıntıları deyil, ön mühakiməli açıqlamalarını elm kimi irəli sürərlər. Darvinist elm, doğrunu axtarmaq səyi deyil, doğrunu istiqamətləndirmək və təhrif etmək səyidir.

Darvinist elm adamlarının ehkamlarına görə, elm materialist olmaq məcburiyyətindədir. Bu vəziyyət, elmin normalda qəbul etmək məcburiyyətində olmadığı bəzi fəlsəfi qəbulları, elmi tədqiqatın standartları kimi götürməyi nəzərdə tutur. Bu yanlış dünyagörüşünə görə, əldə edilən hər məlumata, materialist dünyagörüşü istiqamətində izah gətirilməlidir. Dolayısilə, bu yanılmaya görə, materialist mahiyyətli olmayan izah elmi də deyildir. Darvinistlərin bu azğın düşüncəsini, Kanzas Dövlət Universitetində həkim olan Skott Tod (Scott Todd), “Nature” jurnalında nəşr olunan bir məktubunda; "bütün məlumatlar bir Yaradıcıya işarə etsə belə, bu elm tərəfindən qəbul edilmir, çünki naturalist deyillər" sözləriylə ifadə edir.(1)

Necə ki, elmin bütün sahələrində əldə olunan yeni məlumatların hamısı yaradılış həqiqətini göstərməsinə baxmayaraq, bu məlumatların mətbuatda kifayət qədər yer almamasının, akademik ətraflar tərəfindən israrla görməzlikdən gəlinməsinin təməlində də, bəzi ətrafların; "elm materialist olmaq məcburiyyətindədir" adlı ehkamı dayanır. Əgər darvinistlər, səmimi şəkildə elmin göstərdiyi həqiqəti qəbul etmək istəyirlərsə, elmin, nəzəriyyələrinin əsassız olduğunu göstərdiyini qəbul etməlidirlər. Elmin göstərdiyi həqiqəti qəbul edə bilməyənlərinsə, elm adından iddialar irəli sürmələri, nəyin elmi olub-olmadığı barəsində açıqlamalar vermələri mənasızdır.

Dolayısilə müsəlmanların da, darvinistlərin bu təlqinlərindən təsirlənməsi çox yersiz olar. 21-ci əsrdə elmin gəldiyi mövqe, təkamül nəzəriyyəsinə inanmayanın deyil, inananın elmsiz olduğunu sübut etmişdir.

3) Darvinistlər, təkamül nəzəriyyəsini təkzib edən dəlilləri gizlədər və ya görməzlikdən gələrlər
Darvinistlərin nəzəriyyələrinə dəstək vermək üçün, işlətdikləri üsullar arasında, "saxta dəlillər meydana gətirmək və həqiqi dəlilləri gizlətmək" mühüm yer tutur. Saxta fosillər meydana gətirmək, təcrübələrdə saxtakarlıqlar etmək, xəyali şəkilləri elmi dəlil kimi təqdim etmək təkamülçülərin tez-tez işlətdikləri taktikalardır. Darvinizmin tarixi bunun nümunələriylə doludur.

Məsələn, 43 il müddətində insanın təkamülünü sübut edən bir dəlil kimi təqdim edilən Piltdaun adamı, insan və oranqutan sümüklərinin birləşdirilməsiylə meydana gətirilmiş saxta fosildi. Lakin illərlə Britaniya muzeyində, təkamülün bir dəlili kimi xalqa göstərildi. 1922-ci ildə tapılan bir azı dişinə əsaslanaraq meydana gətirilən Nebraska Adamı da, təkamülçülərin saxtakarlıqlarının digər bir nümunəsi idi. Təkcə bir dişə əsaslanaraq, yarı meymun-yarı insan olan xəyali bir varlıqdan bəhs edilirdi. Bir müddət sonra dişin bir çöl donuzuna aid olduğu ortaya çıxdı. İllər boyu alman bioloq Ernst Hekkel (Ernst Haeckel) çəkdiyi embrion şəkilləri, təkamül prosesinə dair bir dəlil kimi işlədildi. Halbuki Hekkel bu şəkilləri təhrif etmiş, embrionlara bəzi xəyali orqanlar əlavə etmiş, bəzilərindən isə, orqanlar çıxartmış, böyüklükləri çox fərqli olan embrionları eyni boyda kimi göstərmişdi. Hekkelin şəkillərdə saxtakarlıq etdiyi, 20-ci əsrin əvvəllərində qəti şəkildə ortaya çıxdı. Hətta Hekkelin özü də bunu etiraf etdi. Burada saxtakarlıqların yalnız bir neçə nümunəsini verdik. Darvinist ədəbiyyatda bu saxtakarlıqların olduqca çox nümunələri var. Darvinistlər, xalqın elm sahəsindəki məlumat əskikliyindən yararlanaraq təhrif edilmiş bir çox məlumatı təkamülün dəlili kimi göstərərlər. Eləcə də, təkamül nəzəriyyəsini təkzib edən dəlilləri görməzlikdən gələr və gizlədərlər. Bu dəlillər əsla ictimaiyyətə təqdim olunmaz.

Yaradılış həqiqətini sübut edən yüzlərlə fosil, xalqdan gizlənilən dəlillərdəndir. Bu fosillər, milyonlarla il əvvəl yaşayan canlılarla bugünkü canlılar arasında heç bir fərq olmadığını, canlıların qətiyyən təkamül keçirmədiklərini göstərir. Lakin xalqın böyük hissəsi bu fosillərin varlığından xəbərsizdir. Çünki bu fosillər təkamülçü muzeylərin zirzəmilərində, universitetlərin paleontologiya bölmələrinin anbarlarında saxlanılar. Əsla ortaya çıxarılmaz.

Darvinistlərin həqiqətləri gizlətmək və təhrif etmək üçün, göstərdikləri səy müsəlmanlara təsir etməlidir. "Elm adamı olduqlarına görə mütləq doğru söyləyirlər" deyə düşünmək və buna görə də təkamülçülərin söylədikləri hər şeyə inanmaq, şübhəsiz ki, böyük aldanma olar. Çünki təkamülçü elm adamları, ideologiyaları naminə həqiqətləri gizlətməkdən, elmi məlumatları təhrif etməkdən, saxta dəlillər meydana gətirməkdən çəkinmirlər.

Darvinizmin gücünün yox edilməsi üçün, darvinistlərin saxtakarlıqlarının və aldatmacalarının işıq üzünə çıxarılması çox əhəmiyyətlidir. Müsəlmanlar, darvinistlərin hiylələrini görməli və bu hiylələrin üstünü açaraq xalqın aldadılmasına mane olmalıdırlar. Bu, dinsizliyin səbəb olduğu bəlaların ortadan qaldırılması və yer üzünə gözəl əxlaqın hakim olması üçün çox əhəmiyyətlidir.

4) "Əksəriyyətin təkamül nəzəriyyəsinə inanmasının, darvinizmin doğruluğunu göstərdiyi" yalanı

Darvinistlərin təbliğat şüarlarından biri də; "nəzəriyyə, elm aləmində əksəriyyət tərəfindən qəbul edilir" yalanıdır. Digər bir sözlə, təkamülçülər ətraflarındakı insanlara, özlərinin həmişə çoxluq təşkil etdiklərini və çoxluğun da həmişə haqlı olduğu istiqamətində təlqin verirlər. "Bu qədər insan təkamülü müdafiə etdiyinə görə, universitetlərdə təkamülə inananlar çoxluq təşkil etdiyinə görə nəzəriyyə doğrudur" kimi, həqiqəti əks etdirməyən məntiqlə kütlələr üzərində psixoloji təzyiq yaratmağa çalışarlar. Müsəlmanlar bu təzyiqdən təsirlənməməli və darvinistlərin bu yalanına aldanmamalıdırlar.

Son 20-30 il ərzində, təkamül nəzəriyyəsini rədd edən elm adamlarının sayı sürətlə artır. Bunların əksəriyyəti kainatdakı və canlılardakı mükəmməl yaradılışı görərək, darvinizm ehkamından özlərini qurtarırlar. Bu elm adamlarının, təkamülün əsassızlığını göstərən saysız-hesabsız tədqiqat nəticələri var. Hər biri başda Avropa və ABŞ olmaqla, dünyanın müxtəlif ölkələrindəki qabaqcıl universitetlərin mənsubu olan bu insanlar, biologiya, biokimya, mikrobiologiya, anatomiya, paleontologiya kimi elm sahələrində mütəxəssis olub, karyera sahibi alimlərdir.

Üstəlik, həqiqi mənada təkamülçülər çoxluq təşkil etsələr də, bunun dəyəri olmaz. Çoxluğun sahib olduğu anlayışı "mütləq həqiqət" kimi qəbul etmək düzgün deyil. Bu həqiqətin darvinizmlə fikri mübarizə aparmaqdan qaçan müsəlmanlar tərəfindən də bilinməlidir. Quranda bildirildiyi kimi, tarixdə yaşamış bir çox inkarçı qövm Allahı və Onun dinini inkar etmək üçün özlərinin çoxluq təşkil etdiklərini söyləyərək, insanları haqq yoldan döndərməyə çalışıblar. Allah, iman edənlərə bu yanlış məntiq barədə xəbər verir və çoxluğa tabe olmağın insanları böyük aldanışlara sürükləyə biləcəyini belə bildirir:

Əgər sən yer üzündə olanların əksəriyyətinə itaət etsən, onlar səni Allah yolundan azdırarlar. Onlar ancaq zənnə qapılır və ancaq zənn və təxminlə yalan uydururlar. (Ənam surəsi, 116)


Oxuduqlarını və ya seyr etdiklərini diqqətlə araşdıran, mövzunu bir qədər də dərin düşünən biri, qarşılaşdığı darvinist təbliğatı dərk edə bilər. Səmimi iman edən müsəlmanların əhəmiyyətli xüsusiyyətlərindən biri də, fərasət sahibi olmaları, yəni haqqla nahaqqı ayırd etmə bacarığına sahib olmalarıdır. Allah, Özündən qorxub çəkinənlərin bu gözəl xüsusiyyətini Quranda belə bildirmişdir:

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir. (Ənfal surəsi, 29)


Allah qorxusuyla hərəkət edən və vicdanlarının səsini dinləyən insanlar, Allahın icazəsiylə, darvinizmin necə bir təhlükə olduğunu, bu təhlükənin necə təsirsiz hala gətirilə biləcəyini asanlıqla görə bilərlər. Məlumatsızlıq, lazımınca düşünməmək, qəflətə qapılmaq kimi səbəblərdən ötrü, mövzunun əhəmiyyətini dərk edə bilməyənlər də, özlərinə çatdırıldığı həqiqəti görüb dərk etməlidirlər. Bunu bir daha xatırlatmaq lazımdır ki, darvinizm inanclı insanların qəbul edə biləcəyi, normal hesab edə biləcəyi bir ideologiya deyildir. Darvinizm, dinsizliyin dinidir. Hər səmimi müsəlman dinsizliyə qarşı elmi mübarizə aparmaq məsuliyyətini daşıyır. Dünya həyatındakı bu böyük məsuliyyəti görməzlikdən gəlmək, axirətdə peşmançılıq çəkməyə səbəb ola bilər. Bundan ötrü də, darvinizm qarşısında çarəsiz, passiv, aciz və təslimçi xarakter göstərməkdən imtina edilməli, bütün imkanlardan istifadə edilməklə darvinizmə qarşı fikri mübarizə aparılmalıdır. İnkarçı bir ideologiya qarşısında acizlik göstərmək müsəlmanlara yaraşmaz.

Unutmamaq lazımdır ki, səmimi iman edənlərin fikri mübarizəsi bəri başdan zəfər qazanılmış bir mübarizədir. Möminlər, darvinizm də daxil olmaqla, bütün inkarçı ideologiyalara qalib gələcəklər. Allah, iman edənləri Quranda belə müjdələmişdir:

Kim Allahı, Onun Elçisini və iman gətirənləri özünə dost tutarsa, bilsin ki, qələbə çalanlar da məhz Allahın firqəsidir. (Maidə surəsi, 56)

...Allah kafirlərə möminləri məğlub etməyə yol verməyəcəkdir. (Nisa surəsi, 141)


Dolayısilə iman edənlər dinsizliklə apardıqları fikri mübarizədə, üstün olduqlarını bilərək və haqqı müdafiə etmələrinin şərəfiylə hərəkət etməlidirlər. Şübhəsiz ki, Allahın icazəsiylə darvinizm fitnəsi bitəcək, Rəbbimiz "haqqı batilin" üstünə atacaq. İman edənlər bu elmi zəfərin mükafatını almaq üçün səy göstərməlidirlər.

Darvinizm Elmi Baxımdan Çürüdülmüşdür


Təkamül nəzəriyyəsi, təbiətdəki 1,5 milyona yaxın canlı növünün, şüursuz təbiət hadisələri nəticəsində yarandıqlarını iddia edirlər. Təkamülçülərə görə, əvvəlcə cansız maddənin içində kimyəvi reaksiyalar sayəsində canlı bir hüceyrə meydana gəlmişdir (belə bir şeyin baş tutmayacağını göstərən bir çox elmi dəlil var. Tədqiqatçılar, ilkin yer atmosferində olduğu müəyyənləşdirilən qazlarla, həmin atmosferdə mövcud olmuş şəraiti birlikdə yaratmaqla apardıqları təcrübələrdə canlıların ən kiçik təməl elementlərini belə əldə edə bilməyiblər). Müasir texnologiya və elm səviyyəsiylə hər cür şüurlu müdaxilə aparılmasına baxmayaraq, canlı bir orqanizm yaradıla bilmədiyi halda, təsadüflərin bunu bacardığını iddia etməyin, əlbəttə ki, ağıl və məntiqlə uyuşan tərəfi yoxdur. Eləcə də, təkamülçülərin hekayəsinə görə, bu ilk hüceyrəylə başlayan həyat getdikcə daha kompleks hal almış və müxtəlifləşmişdir; bakteriyalarla başlayan xəyali təkamül prosesi, ən sonunda insanı meydana gətirmişdir. Bir sözlə, elmdən kənar bu iddiaya görə, təbiətdəki bəzi şüursuz mexanizmlər həmişə canlıları meydana gətirməlidirlər. Darvinistlərin bu məqamda irəli sürdükləri və təkamülü meydana gətirdiyini iddia etdikləri iki mexanizm var: Təbii seleksiya və mutasiyalar. Elmi tapıntılar, hər iki mexanizmin də, təkamülçülərin iddia etdiyi kimi, güc sahibi olmadığını göstərmişdir.

Təbii seleksiya - təbii seçmə deməkdir. Buna görə, güclülər və təbii şəraitə uyğunlaşa bilənlər sağ qalar, digərləri isə aradan götürülərək yox olarlar. Məsələn, bir bölgədə hava şəraitinin dəyişərək temperaturun getdikcə aşağı düşməsi, həmin bölgədə yaşayan heyvan populyasiyaları arasında aşağı temperatura dözə bilməyənlərin aradan çıxması mənasını verir. Yalnız soyuğa davamlı fərdlər uzun müddət sağ qalar və populyasiyanın bütün tərkibini bunlar təşkil edər və ya vaşaqların hücum təhlükəsi altında yaşayan dovşanlardan mühitə ən yaxşı uyğunlaşa bilənlər, ən sürətli qaçanlar sağ qalarlar. Lakin diqqət yetirilsə burada yeni bir xüsusiyyət ortaya çıxmır, mövcud heyvanlar fərqli növə çevrilmir, fərqli xüsusiyyət qazanmırlar. Başqa bir nümunə vermək lazımdırsa, bir şirin hücumundan qaçan maral sürüsü içində ən sürətli qaçanlar sağ qalacaq, yavaş qaçanlarsa yox olacaqlar. Lakin sürətli qaçan bu marallar heç vaxt ata və ya başqa bir heyvana çevrilməyəcək, həmişə maral olaraq qalacaqlar. Dolayısilə təbii seleksiya mexanizmi təkamülləşdirici xüsusiyyətə sahib deyil. Belə ki, özü də bir təkamülçü olan İngiltərə Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Paterson (Colin Patterson), bu həqiqəti belə etiraf edir:

Heç kim təbii seleksiya mexanizmləriylə yeni bir növ yarada bilməmişdir. Heç kim belə bir şeyin yanına belə yanaşa bilməmişdir. Bu gün neodarvinizmin ən çox mübahisə edilən mövzusu da budur.(2)

Mutasiya isə, canlıların genlərində radiasiya kimi xarici təsirlər və ya DNT-dəki köçürmə xətaları nəticəsində yaranan pozulmalardır. Əlbəttə ki, mutasiyalar dəyişikliyə səbəb ola bilərlər, lakin bu dəyişikliklər heç vaxt müsbət olmaz, həmişə korlayıcı olar. Digər bir sözlə, mutasiyalar canlıları inkişaf etdirə bilməz, əksinə həmişə canlılara zərər verərlər. İndiyədək müşahidə edilmiş bütün mutasiyalar, əksərən zərərli, nadir hallarda da təsirsiz olmuşdur. İnkişaf edən elm, hazırda milyonlarla zərərli mutasiyanı müəyyənləşdirib bunların səbəb olduqları xəstəlikləri göstərdiyi halda, təkamülçü elm adamlarının genetik məlumata əlavələr edən heç bir mutasiya nümunəsi göstərə bilməmələri, təkamül nəzəriyyəsini çox böyük çıxılmaz vəziyyətə salır. Fransa Elmlər Akademiyasının (academie des sciences) keçmiş rəhbəri olan Pyer Pol Qrassenin (Pierre Paul-Grassé) mutasiyalar barəsində verdiyi açıqlama, bu məsələni çox gözəl izah edir. Qrasse (Grassé), mutasiyaları "yazılı bir mətnin nüsxəsinin çıxarılması vaxtı, yaranan hərf səhvləri"nə bənzətmişdir. Eləcə də, hər hərf səhvi kimi mutasiyalar da məlumat meydana gətirməz, əksinə mövcud məlumatı korlayarlar. Qrasse (Grassé) bu həqiqəti belə açıqlamışdır:

Mutasiyalar, zaman içində olduqca nizamsız şəkildə meydana gələrlər. Bir-birlərini tamamlayıcı xüsusiyyətləri yoxdur və bir-birini təqib edən nəsillər üzərində müəyyən istiqamətə doğru kumulyativ (getdikcə artan) təsirləri olmaz. Onsuz da mövcud strukturu dəyişdirərlər, lakin bunu tamamilə nizamsız şəkildə edərlər... Bir canlı bədənində çox kiçik də olsa, nizamsızlıq yarandıqda isə, bunun nəticəsi ölüm olar. Həyatla anarxiya (nizamsızlıq) arasında heç bir uzlaşma yoxdur.(3)

Məhz bundan ötrü də, mutasiyalar, yenə Qrassenin (Grassé) ifadəsiylə desək; "nə qədər çox sayda baş versələr də, hər hansı təkamül prosesi yaratmazlar". Mutasiyaların bu təsirini zəlzələlərə bənzədə bilərik. Necə ki, bir zəlzələ hər hansı şəhəri inkişaf etdirməz, daha yaxşı hala gətirməz və onu dağıdarsa, mutasiyalar da eynilə həmişə mənfi dəyişikliklərə səbəb olarlar. Bu baxımdan təkamülçülərin mutasiyalara əsaslanan iddiaları da tamamilə əsassızdır.

Darvinizmin bütün canlıların bir-birlərindən törədikləri iddiasını çürüdən dəlillərdən biri də fosillərdir. Nümunə olaraq, təkamülçülərin, balıqların, dəniz ulduzları və ya dəniz qurdları kimi onurğasız dəniz canlılarından təkamül yoluyla yarandığı iddialarını göstərmək olar. O zaman, bu iki müxtəlif canlı qrupu arasında mərhələli təkamül prosesini təmin edəcək çox sayda "ara-keçid forması" yaşamış olmalıdır. Yəni balıq xüsusiyyətləriylə dəniz ulduzları kimi onurğasız canlı xüsusiyyətlərini birlikdə daşıyan çox sayda daşlaşmış fosilə rast gəlməliyik. Hal-hazırda keçmişdə yaşamış balıqların və dəniz ulduzlarının hər birinə aid yüzlərlə fosil tapılmış olmasına baxmayaraq, təkamülçülərin bu iddiasını təsdiqləyən təkcə bir ədəd belə ara-keçid forması tapılmamışdır. Ara-keçid formalarının olmaması isə, açıqca "təkamül heç vaxt baş vermədi" mənasını verir.

Lund Universitetindən İsveçli təkamülçü botanik prof. N. Heribert Nilson (N. Heribert Nilsson), darvinizmin fosil qeydləri qarşısındakı məğlubiyyətini belə etiraf edir:

Təkamülü, 40 ildən artıq davam edən səylə sübut etmə təşəbbüslərim sonunda müvəffəqiyyətsizliklə nəticələndi… Hazırda fosil ehtiyyatları o qədər tamdır ki, yeni siniflər meydana gətirmək mümkün olmuşdur və keçid fosillərin tapılmaması, fosil çatışmazlığıyla açıqlana bilməz vəziyyətdədir. (Fosil qeydlərindəki) boşluqlar həqiqəti əks etdirir və onları tamamlamaq əsla mümkün olmayacaq.(4)

Darvinizmə ən səthi şəkildə baxıldıqda belə əsassızlığı, çürük təməllər üzərində qurulduğu dərhal aydın olur. İncəliklərə getdikdə isə, vəziyyət olduqca dəqiqləşir (təkamül nəzəriyyəsinin süqutuyla əlaqədar daha ətraflı məlumat almaq üçün baxın; Harun Yəhya, “təkamül nəzəriyyəsinin süqutu”, araştırma nəşriyyatı, oktyabr 2005)

Təkamül Nəzəriyyəsinin Düşdüyü Çıxılmaz Vəziyyəti Etiraf Edən Elm Adamları


Təkamül nəzəriyyəsi barədə, nəzəriyyənin banisi olan Çarlz Darvinin belə çox böyük şübhələri vardı. Çarlz Darvin, nəzəriyyəsinin canlıların yaranma prosesinə izah gətirməsinin qeyri-mümkün olduğunu bilirdi. Bunu bəzən əsərlərinin sətir aralarında, bəzən də xüsusi məktublarında etiraf edirdi:

Oxucu, əsərimin (növlərin mənşəyi) bu hissəsinə çatmadan əvvəl xeyli çətinliklə üzləşmiş olacaq. Bunlardan bəziləri bu günədək üzərlərində müəyyən qədər dayanmadan düşünə bilmədiyim qədər çətindir.(5)

Nəzəriyyəyə qarşı haqlı olaraq edilmiş etirazların, eləcə də, nəzəriyyənin üzləşdiyi çətinliklərin ağırlığı altında illərlə və bunların ağırlığından şübhə duymayacaq qədər çox əzildim.(6)

Olduqca yaxşı bilirəm ki, fərziyyələrim qanuni elmin sərhədlərindən xeyli kənara çıxmışdır.(7)

Çarlz Darvindən sonra da, təkamül nəzəriyyəsini dəstəkləyə biləcək tək bir elmi tapıntı belə tapa bilməyən təkamülçülər, düşdükləri çıxılmaz vəziyyəti hərdənbir etiraf etdilər. Lakin əksəriyyətinin bunu etiraf etməsinə baxmayaraq, materializmdən imtina etmək istəmədikləri üçün həqiqəti qəbul edə bilmədilər. Aşağıda darvinizmin canlıların yaranma prosesinə izah gətirə bilməsinin qeyri-mümkün olduğunu etiraf edən elm adamlarından bəzilərinin bir neçə açıqlamasına yer verilmişdir. Daha çox nümunə üçün; “təkamülçülərin etirafları” adlı kitabı nəzərdən keçirə bilərsiniz. (Harun Yəhya, “təkamülçülərin etirafları”, araştırma nəşriyyatı, oktyabr 2005)

◉ (Nobel mükafatı almış təkamülçü) dr. Robert Milikan:

Bu çox acınacaqlı ki, biz elm adamları indiyədək heç bir elm adamının sübut edə bilmədiyi təkamülü sübut etməyə çalışırıq.(8)

◉ (Çikaqo Universiteti təkamül və ekologiya bölməsindən) Ceri Coyne (Jerry Coyne):

Neo-darvinist fikir üçün çox az dəlil olduğunu söyləməliyik: Bu fikrin nəzəri təməlləri və təcrübi dəlilləri olduqca zəifdir.(9)

◉ (Kembric Universitetindən ingilis riyaziyyatçısı və astronom) prof. Fred Hoyl (Fred Hoyle):

Əslində, həyatın ağıl sahibi bir varlıq tərəfindən meydana gətirildiyi o qədər açıqdır ki, insanı, bu açıq həqiqətin niyə geniş şəkildə qəbul edilmədiyi maraqlandırır. Bunun (qəbul edilməməsinin) səbəbi, elmi deyil, psixolojidir.(10)

◉ (Harvard Universitetinin Geologiya və Paleoantropologiya professoru və 20-ci əsrin ikinci yarısındakı başlıca təkamül spikerlərindən) Stefen Cey Quld (Stephen Jay Gould):

Əgər bir-biriylə eyni dövrdə yaşayan üç fərqli hominid (insanabənzər) varsa, bu zaman bizim soy ağacımıza nə oldu? Aydındır ki, bunların biri digərindən gəlmiş ola bilməz. Biri digəriylə müqayisə edildikdə təkamüli inkişaf göstərmirlər.(11)

◉ (Təkamülçü zooloq) D. L. Stern:

Təkamüli biologiyanın ən qədim problemlərindən tam şəkildə həll edilməmişdir. Hansı mutasiyalar, təkamüli baxımdan faydalı olan fenotip müxtəlifliyini meydana gətirə bilər? Bunlar hansı növ molekulyar dəyişikliklər tələb edir?(12)

◉ B. G. Ranganathan:

Nə keçmiş fosil qeydlərində təkamülü sübut edəcək ara-keçid formasına daxil orqanları yarımçıq meydana gəlmiş hər hansı heyvana və ya bitkiyə, nə də hal-hazırda təkamülün hələ də davam etdiyini göstərən yarımçıq inkişaf etmiş heyvana və ya bitkiyə rast gəlinməmişdir.(13)

◉ (Zooloq) dr. Albert Flexman (Albert Fleischman):

Darvinin süqut etmiş nəzəriyyəsi, təbiət aləmində sübut edilməli olan tək həqiqət və elmi tədqiqatların nəticəsi deyildir, lakin mütləq təxəyyül məhsuludur.(14)

◉Norman Maqbet (Norman Macbeth):

Təəssüf ki, təkamül sahəsindəki açıqlamaların çoxu pisdir. Doğrusu bunlara açıqlama demək belə çox çətindir. Təklif, prekoqnisiya və boş xəyallardır, bunlara fərziyyə demək belə yanlış olar.(15)

Darvinizmə Qarşı Aparılan Fikri Mübarizəni Görməzlikdən Gəlməmək


Darvinizmə qarşı fikri mübarizə parmaqdan yayınanlar, darvinist təhlükəni tam mənasıyla qavraya bilmədikləri kimi, aparılan fikri mübarizəni də görməzlikdən gəlməyə çalışırlar. Halbuki xüsusilə də Türkiyədə son 20 ildir ki, darvinizmə qarşı geniş miqyaslı elmi mübarizə aparılır. Bu elmi mübarizə, dünya səviyyəsində də öz təsirini göstərir. Məsələn, təkamülçü nəşrləriylə tanınan “National Geographic” jurnalının ingilis və alman dilində dərc olunan 2004-cü il noyabr tarixli buraxılışının üz qabığında "was Darvin wrong?" (Darvin yanılmışdımı?) başlıqlı xəbər yer almışdır. Bu xəbərdə təkamül nəzəriyyəsinin yanılmalarını göstərən insanlara qruplara diqqət çəkilərkən, Harun Yəhya və fəaliyyətlərindən də bəhs edilmişdir. Harun Yəhyanın fəaliyyətlərinin darvinist mühitdə böyük narahatlıq meydana gətirdiyini açıqca qeyd edən bu xəbərdə, bu ifadələrə yer verilmişdir:

Quranda bildirildiyi kimi, kainatın altı gündə yaradılmış olduğunun ifadə edildiyi “təkamül nəzəriyyəsinin süqutu” kitabının müəllifi İslami kreatsionist Harun Yəhya, təkamül nəzəriyyəsini belə xarakterizə edir: Bu nəzəriyyə, dünya sistemini istiqamətləndirən güclər tərəfindən bizə təlqin edilməyə çalışılan yalandan başqa bir şey deyil.

Dünya səviyyəsində tanınmış “New Scientist” jurnalı isə, 22 aprel 2000-ci il tarixli xəbərində bu açıqlamanı vermişdir:

Harun Yəhya beynəlxalq qəhrəman oldu. Kitabları İslam aləminin hər yerinə paylanılmışdır.

Digər bir məşhur elm jurnalı olan “Science”ın 18 may 2001-ci il tarixli buraxılışnda dərc olunan Robert Keniq (Robert Koenig) tərəfindən qələmə alınmış və "creationism take root where Europe, Asia meet" (Avropa ilə Asiyanın birləşdiyi yerdə kreasionizm köklənir) başlıqlı yazıda da, Harun Yəhyanın təkamül nəzəriyyəsinin yalanlarına qarşı apardığı elmi mübarizəyə, “təkamül nəzəriyyəsinin süqutu” adlı kitabın beynəlxalq uğuruna və Türkiyədəki təkamülçülərin çarəsizliklərinə geniş yer verilmişdir. Yazıda təkamül nəzəriyyəsini elmi cəhətdən çürütməyi hədəfləyən bu geniş miqyaslı akademik hərəkatın "Şimali Amerikanı çıxmaq şərtiylə, dünyanın ən güclü anti-təkamülçü hərəkatı" olduğu və "digər müsəlman ölkələrə də sürətlə yayıldığı" qeyd edilmişdir.

Yazıda diqqət çəkən digər bir məsələ isə, “təkamül nəzəriyyəsinin süqutu” kitabının beynəlxalq uğuru və bəzi təkamülçü türk elm adamlarının "bu kitabların ölkənin bəzi bölgələrindəki məktəblərdə tədris edilən dərsliklərdən daha təsirli olduğundan şikayətlənmələridir". Türk təkamülçülərin narahatlıqları məqalədə: "...Buradakı bir çox (təkamülçü) elm adamı, təkamülçülərin ictimaiyyətdə türk kreatsionistləri qarşısında öz nüfuzlarını itirmələrindən narahat olur" cümlələriylə yer almışdır.

Darvinizmə qarşı aparılan böyük elmi mübarizənin təsirini əks etdirən digər bir nümunə isə, Amerika Milli Elm Təhsili Mərkəzinin (NSCE) buraxdığı jurnalda yer alan xəbərdir. Amerikan Elmlər Akademiyası tərəfindən dəstəklənilən jurnal, təkamül tərəfdarı olmasına baxmayaraq, 1999-cu il noyabr-dekabr tarixli buraxılışını, Harun Yəhyanın təkamül nəzəriyyəsinin süqutu mövzusuna dair əsərlərinə həsr etmişdir. "İslamic scientific creationism en Turkey" (Türkiyədə İslami elmi kreasionizm) başlığıyla verilən xəbərdə, görülən işlər ətraflı şəkildə araşdırılmışdır.


<< Geri