Darvİnİzmlə Elmİ Mübarİzə Aparmağın Əhəmİyyətİ

Bütün kainatın və canlıların kortəbii təsadüflərin əsəri olduğunu iddia edən darvinizm dövrümüzün ən təhlükəli ideologiyasıdır. Materializm, kommunizm və faşizm başda olmaqla, bəşəriyyətə fəlakət gətirən bütün zərərli ideoloji cərəyanların elmi dayağı olan darvinizm təxminən 150 ildir ki, ideoloji qayğılarla ayaqda tutulmağa çalışılır.


Lakin darvinizm barədə kifayət qədər məlumata sahib olmayan və ya bu materialist ideologiya haqqında dərin düşünməmiş insanlar darvinizmin necə bir təhlükə olduğunu görməyə bilərlər. Təkamül nəzəriyyəsinin, ortaya atılmasından indiyədək ictimai və əxlaqi cəhətdən nə qədər böyük fəlakətlər yaratdığını bilmədikləri üçün də, darvinizmlə aparılan fikri mübarizənin nə qədər mühüm olduğunu anlamaya bilərlər. Halbuki Allahın varlığını və vahidliyini, insanların Rəbbimizə qarşı məsul olduğu həqiqətini rədd edən darvinist ideologiya, insanlara kortəbii təsadüflərin əsəri və guya bir növ heyvan olduqları təlqinlərini verərək böyük dağıntılara zəmin hazırlayar. Eləcə də, darvinizm həyatı mübarizə məkanı hesab edərək, zəifləri tapdalanmağa və məğlub olmağa məhkum fərdlər kimi göstərdiyi halda, yalnız güclülərin sağ qalacağını iddia edir. Məhz bundan ötrü də, darvinizmlə elmi mübarizə aparılması çox əhəmiyyətli və çox təcili məsələdir. Bu mübarizəni "lüzumsuz" və ya "əhəmiyyətsiz" göstərməyə çalışmaqsa, çox böyük səhvlər ehtiva edən təşəbbüsdür.

Darvinizmlə aparılan elmi mübarizənin əhəmiyyətini qavramaq istəyən bir insan, bu nəzəriyyənin hansı iddiayla ortaya çıxdığını, köklərini və 150 ildir ki, bəşəriyyət üzərində yaratdığı böyük dağıntını nəzərdən keçirməlidir. Bu isə, həmin insana təkamül nəzəriyyəsinin əsla Allah inancıyla uzlaşdırıla bilməyəcəyini, Allah inancıyla təkamül nəzəriyyəsi arasında orta bir yol tapmağın qətiyyən mümkün olmadığını göstərəcək. Bunun səbəbi darvinizmin materialist və ateist köklü olmasıdır.

Darvinizmin ortaya çıxmasının ictimai həyat üzərindəki mənfi təsirləri diqqətlə araşdırıldıqda darvinizmdən əvvəlki və darvinizmdən sonrakı dövr olmaqla, iki fərqli dövrün varlığı dərhal görülür. Darvinizmdən əvvəlki dövrdə materialist ideologiya zəif olmuş, cəmiyyətin əksəriyyəti tərəfindən qəbul edilməmiş və təsir dairəsi təkcə azlıq təşkil edən kiçik qruplarla məhdudlaşmışdır. İnsanların əksəriyyəti Allah qorxusu və Allah sevgisinə əsaslanan əxlaqi dəyərlərə əhəmiyyət vermişdir. İnsanların əksəriyyəti, insanların və kainatın necə meydana gəldiyi sualını "Allah yaratdı" deyə cavablandırmışdır. Materialist və ateist dünyagörüşləri cəmiyyətin əksəriyyəti tərəfindən əks reaksiya qarşılanmışdır. Çünki bu dairələrin küfrlərini dəstəkləyə biləcəkləri nəzəriyyələri olmamışdır. Lakin təkamül nəzəriyyəsinin ortaya atılmasıyla birlikdə çox şey dəyişmişdir. Təkamül nəzəriyyəsi insanlara materializmin elmi dayağı kimi göstərilmiş, heç bir düzgünlük payı olmamasına baxmayaraq, canlıların yaranam prosesinə izah gətirən nəzəriyyə kimi tanıdılmışdır. Saxta dəlillər, hiylələr, saxtakarlıqlar, təhriflər, yalanlar, göz boyama halları və demaqoqluq kimi çoxtərəfli təbliğat üsullarıyla insanlara təlqin edilmiş, bunun nəticəsində də geniş kütlələr tərəfindən qəbul edilmişdir.

Darvinizmin əvvəlcə İngiltərədə daha sonra da bütün Avropada və ABŞ-da ateizmə verdiyi dəstək Oksford Universitetindən prof. Alister Makqrat (Alister McGrath) tərəfindən belə ifadə edilir:


Çarlz Darvinin təkamül nəzəriyyəsinin Viktoriya dövrü İngiltərəsində yavaş-yavaş kəskinləşməyə başlayan inanc böhranını alovlandırdığı mübahisəsiz həqiqətdir. Qərb dünyasını ateizmə sövq etdiyi iddia ediləcək bir nəzəriyyə vardırsa, o da, şübhəsiz ki, Çarlz Darvinin “növlərin mənşəyi” kitabında göstərdiyi nəzəriyyədir...(16)

Sonrakı hissələrdə daha ətraflı şəkildə görəcəyimiz kimi, bu gün də Rusiya, Çin və bəzi Avropa ölkələri başda olmaqla, dünyanın böyük hissəsində elmin çürütdüyü təkamül nəzəriyyəsi hələ də fəaliyyətini davam etdirir və insanların din əxlaqından uzaqlaşmasına səbəb olur.

İnsanlar darvinizmin ağla və elmə zidd təlqinləriylə, uşaqlıqdan etibarən əzab və zülmlə nəticələnəcək yola sövq edilirlər. Bütün dünya məktəblərində, yuxarı sinif və universitet illərində, insanın guya inkişaf etmiş bir heyvan cinsi olduğu, cəmiyyətlər arasında meşə qanunlarının qüvvədə olduğu, zəiflərin, haqlı olsalar da həmişə güclülər tərəfindən tapdalanacağı, həyatın sanki "həyat mübarizəsi" olduğu yalanlarıyla aldadılan gənclər, yaşadıqları cəmiyyətdə böyük problemlərin yaranmasına səbəb olurlar. İnsanları sevməyən, zalım, təcavüzkar, eqoist, əxlaqi dəyərlərə əhəmiyyət verməyən nəsillər yetişdirən darvinist sistemin qüvvədə olduğu əksər ölkə, öz vətəndaşlarıyla böyük problemlər yaşayır. Xuliqanlar, neo-nasistlər, faşistlər, kommunistlər, anarxistlər, terrorçular bu ölkələri yaşanmaz hala gətirir, rəhbərlərin də, problemin nədən qaynaqlandığını çox yaxşı bilmələrinə baxmayaraq, bu vəziyyəti düzəltməyə gücləri çatmır.

Halbuki görülməli iş, problemin əsas mənbəyinin yox edilməsi, yəni darvinizmin fikri yolla təsirsiz hala gətirilməsidir. Çünki yaşanan bir çox nümunə məhkəmə və hərbi tədbirlərin təklikdə kifayət etmədiyini göstərmişdir. Unudulmamalıdır ki, gicitkəni biçməklə onun kökü kəsilməz. Biçilən yerlərdən daha güclü və çox şaxəli şəkildə inkişaf edər. Həll, gicitkəni kökündən çıxarıb atmaqdır. Hal-hazırda bir çox cəmiyyətin yaşadığı əxlaqi və ictimai problemlərin təməlində də darvinist təlqinlər dayanır və bu darvinist təlqinlərin yanlışlığı göstərilmədikcə, problemlərə daimi həll gətirilməyəcəkdir.

Vəhşət İdeologiyalarının Təməlində Darvinizm Dayanır

Darwinizm'in, 'doğanın bir mücadele ve çatışma yeri olduğu' yalanı toplumlara uygulandığında, sonuç acı, kan ve gözyaşı olmuştur.

Darvinizmlə İslam dini arasında orta bir yol tapmağa çalışan və öz ağıllarınca bu azğın nəzəriyyəni müsəlmanlaşdıra biləcəklərini güman edənlər, nəzəriyyənin insanlara vurduğu zərərləri görməzlikdən gəlirlər. Faşizm və kommunizm kimi vəhşət ideologiyalarının darvinizm sayəsində yaşadığını görməzlikdən gəlirlər. Halbuki, 20-ci əsrdə yaşanan müharibələrin, qarşıdurmaların, anarxiya və xaos hadisələrini araşdırdığımız vaxt, qarşımıza həmişə darvinizm çıxar.

Təkamül nəzəriyyəsi ortaya atıldıqdan qısa müddət sonra biologiya və paleontologiya kimi elm sahələrinin hüdudlarından kənara çıxaraq, insan münasibətlərindən tarixin şərh olunmasına, siyasətdən cəmiyyət həyatına qədər bir çox sahədə öz təsirini göstərməyə başlamışdır. Xüsusilə də, darvinizmin "təbiətin mübarizə və qarşıdurma məkanı olduğu" yalanı cəmiyyətlərə təlqin olunduqda, Hitlerin üstün irq yaratmaq təşəbbüsü, Marksın; "bəşəriyyət tarixi sinfi qarşıdurmaların tarixidir" yanılması, kapitalizmin; "güclülərin zəifləri əzərək daha da güclənmələri" fikri, üçüncü dünya ölkələrinin imperialist ölkələr tərəfindən istismar edilməsi, vicdana sığmayan rəftarlara məruz qalmaları və nəhayət zəncilərin hələ də irqçi hücumlar və ayrı-seçkiliklə üz-üzə olması, elmi örtük qazanmışdır. İnsanları öz ağıllarınca inkişaf etmiş heyvan hesab edənlər, zəiflərin üstünə basaraq yüksəlməkdən, xəstə və zəifləri müəyyən yolla yox etməkdən, fərqli və inkişafdan geri qalmış hesab etdikləri irqləri yox etmək üçün qətliamlar törətməkdən çəkinməyiblər. Çünki elm maskası taxmış nəzəriyyələri, onlara bunun "təbiətin qanunu" olduğunu söyləyir.



Faşizmin Darvinist Əsasları


Faşizmin Təməl Dayaq Nöqtəsi Darvinizmdir. Çünki:

1) Darvinizm irqçiliyə dırnaqarası qanunilik qazandırmışdır: Avropalı ağ irqin nümayəndələrinin asiyalılar, zəncilər, türklər kimi bəzi irqlərə görə daha üstün olduğu yalanını ortaya atmış, bundan ötrü də, üstün irqin inkişafını tamamlamamış irqə istənilən yolla hakim ola biləcəyini iddia etmişdir.


Hitler'in Kavgam kitabında Darwinizm'in Hitler üzerindeki etkisi açıkça görülür.

2) Darvinizm qan tökməyə dırnaqarası qanunilik qazandırmışdır: Təbiətdə ölümünə "həyat mübarizəsi" olduğunu və bu mübarizənin həm irqlər, həm də fərdlər arasında yaşandığını, hər irqin və ya fərdin öz mənfəətləri üçün digərlərini "yox etməsi"nin guya normal olduğunu iddia etmişdir.

Nasizm isə, darvinizmin ən qaranlıq üzlərindən biridir.

Hitler alman millətinin əsl ünsürünü meydana gətirən ari irqinin digər bütün irqlərdən üstün olduğuna və onları idarə etməli olduğuna inanmışdı. Ari irqin yaxında min illik dünya imperatorluğu quracağını xəyal edirdi. Hitlerin bu irqçi nəzəriyyələrinə tapdığı elmi dayaqsa, Darvinin təkamül nəzəriyyəsi idi. Məşhur kitabı “döyüşüm”ün adını Darvinin təbiətdə olduğunu iddia etdiyi "həyat mübarizəsi" yalanından ilhamlanaraq müəyyənləşdirmişdi. Hitler də, eynilə Darvin kimi öz ağlınca Avropalı olmayan irqləri meymunlarla eyni mövqeyə qoyur və belə deyirdi: "Şimali Avropa almanlarını bəşəriyyət tarixindən çıxartsanız, geriyə meymun rəqsindən başqa bir şey qalmaz".(17)

Hitler 1933-cü ildə keçirilmiş Nürnberq konfransında; "ali irqin inkişafını tamamlamış irqləri idarə etdiyini, bunun təbiətdə görülən haqq olduğunu və yeganə məntiqli həqiqət olduğunu" irəli sürdü.(18) Öz ağlınca ari irqinin aliliyinə inanan Hitler bu irqin üstünlüyünün təbiət tərəfindən verildiyini iddia edirdi. Nasist hərəkatının son hədəfi də bu idi. Bu hədəfə nail olmaq üçün, ilk addım inkişafını tamamlamamış irqləri üstün irq olduğuna inandıqları ari irqindən ayırmaq, təcrid etməkdi. Məhz nasistlər bu məqamda darvinizmi tətbiq etdilər və darvinizmdən qaynaqlanan "yevgenika nəzəriyyəsi"ni qüvvəyə qoydular.


Darvinizm Yevgenika Qırğınını Təşviq Və Təsdiq Edir

20-ci əsrin ilk yarısında özünə çox sayda tərəfdar toplayan yevgenika nəzəriyyəsi, şikəst və xəstə insanların yox edilməsi və sağlam fərdlərin çoxaldılması yoluyla bir insan irqinin "islah edilməsi" mənasını verirdi. Yevgenika nəzəriyyəsinin azğın təlimlərinə görə necə sağlam heyvanlar bir-birləriylə cütləşdirilib yaxşı heyvan cinsləri əldə olunursa, bir insan irqi də islah edilə bilərdi. Yevgenika qanununu ortaya atanlar təxmin edilə biləcəyi kimi, darvinistlərdi. İngiltərədəki yevgenika cərəyanına Çarlz Darvinin əmisi oğlu Frensis Qalton (Francis Galton) və oğlu Leonard Darvin başçılıq edirdi. Yevgenika fikrinin darvinizmin təbii nəticəsi olduğu çox açıq idi. Necə ki, yevgenika anlayışını müdafiə edən nəşrlərdə bu həqiqət xüsusilə vurğulanır, "yevgenika, insanın öz təkamül prosesini özünün istiqamətləndirməsidir" deyilirdi.

Yevgenikanı Almaniyada ilk mənimsəyən və yayan insansa təkamülçü bioloq Ernst Hekkel (Ernst Haeckel) oldu. Hekkel (Haeckel) Darvinin yaxın dostu və dəstəkçisiydi. Yeni doğan şikəst körpələrin vaxt itirlmədən öldürülməsini, beləliklə də, cəmiyyətin təkamül prosesinin sürətləndirilməsini təklif etmişdi. Zalımlıqda daha da irəli getmiş və cüzam, xərçəng və ruhi xəstələrin də öldürülməli olduqlarını, yoxsa bu insanların cəmiyyətə yük olacaqlarını və təkamül prosesini zəiflədəcəklərini müdafiə etmişdi. Hekkel (Haeckel) 1919-cu ildə öldü. Lakin fikirləri nasistlərə miras qaldı. Hitler hakmiyyətə gəldikdən qısa müddət sonra rəsmi yevgenika siyasəti başlatdı. Hitlerin bu yeni siyasətini bu cümlələri təqdim edir:

Dövlət üçün zehin və bədən təhsilinin əhəmiyyətli yeri var, lakin insan seçimi də ən az bunun qədər əhəmiyyətlidir. Dövlətin genetik cəhətdən xəstəməzac və ya açıq-aşkar xəstə olan fərdlərin nəsil vermək üçün uyğun olmadıqlarını elan etmə məsuliyyəti var... Və bu məsuliyyətini heç bir anlayış göstərmədən və başqalarının da anlamalarını gözləmədən qəddarcasına yerinə yetirməlidir... 600 illik müddətdə bədəni şikəst olan və ya fiziki cəhətdən xəstə olanların nəsil verməsini dayandırmaq... insan sağlamlığı məsələsində bugünkü gündə əldə edilə bilməyən inkişaf təmin edəcək. Əgər irqin ən sağlam üzvləri planlı şəkildə nəsil verərlərsə nəticədə bu gün hələ də daşıdığımız həm ruhi, həm də fiziki cəhətdən xarab toxumların olmadığı... bir irq mövcud yaranacaq.(19)

Hitlerin bu mərhəmətsiz siyasətinin tələbi olaraq, alman cəmiyyətindəki ruhi xəstələr, şikəstlər, anadangəlmə korlar və irsi xəstəliklərə tutulanlar xüsusi "sterilizasiya mərkəzləri"ndə toplandılar. Bu insanlara alman irqinin xalisliyini və təkamül prosesinin inkişafını korlayan parazitlər kimi baxılırdı. Necə ki, bir müddət sonra cəmiyyətdən təcrid edilən bu insanlar Hitlerdən gələn gizli təlimat əsasında öldürülməyə başlandı.

Əslində 20-ci əsrə saysız bəla gətirən əsil səbəb Hitler və faşistlər kimi dinsizlərin mərhəmətsiz xarakteriydi. Allahın varlığını inkar edən və insanların təkamül keçirərək inkişaf etmiş heyvanlar olduqları yalanına inanan bu insanlar, özlərini özbaşına buraxılmış və heç kəsə hesab vermək məsuliyyəti olmayan varlıqlar hesab edirdilər. Allahdan və axirətdən qorxmadıqları üçün əxlaqsızlıqda və zalımlıqda sərhəd tanımamış, bundan ötrü də, milyonlarla insanı qətlə yetirmişlər.

Faşist Mussolinidən Darvinist Qırğınlar

Təkamül nəzəriyyəsinin faşizmə verdiyi dəstək Almaniya və Hitlerlə məhdudlaşmadı. Necə ki, Hitler darvinizmdən istifadə edərək siyasətini müəyyənləşdirdisə, həmyerlisi və müttəfiqi olan Benito Mussolini də İtaliyanı imperialist və faşist təməllər üzərinə oturtmaq üçün eyni darvinist anlayışlardan və iddialardan faydalandı. Zorakılığın tarixdə hərəkətverici qüvvə olduğuna və müharibənin inqilab gətirəcəyinə inanan Mussolini tam darvinistdi. İmperiyasının zəifləməsini guya "təkamülün ən əhəmiyyətli hərəkətverici qüvvəsi olan müharibədən qaçmağa çalışmasıyla" əlaqələndirirdi.(20)

Digər darvinist faşistlər kimi Mussolininin də döyüşçü, təcavüzkar, təzyiqçi siyasəti bir çox insanın qətlə yetirilməsinə, evsiz, ailəsiz qalmasına və ölkənin viran olmasına səbəb oldu. "Qara köynəklilər" adlandırdığı hər cür zorakılıq və zorbazorluq hərəkətini həyata keçirən yarı hərbi birliklər yaratdı. Qara köynəklilər vasitəsilə yalnız öz ölkəsinə deyil, digər ölkələrə də zorakılıq və təzyiq tətbiq etdi. 1935-ci ildə Efiopiyanı işğal edərək 1941-ci ilə qədər 15 min insanı öldürtdü. Efiopiya işğalını darvinizmin irqçi fikirləriylə dəstəkləyərək öz ağlınca məqbul göstərməkdən də çəkinmədi. Mussolininin azğın dünyagörüşünə görə efiopiyalılar qara irqin nümayəndələri olduqları üçün inkişaflarını tamamlamamışdılar və İtalyanlar kimi üstün irq tərəfindən idarə olunmaq onlar üçün şərəf olmalıydı. Həmçinin 3 oktyabr 1911-ci ildə İtalyanın Liviyanı işğal etməsiylə başlayan və müsəlmanlara qarşı həyata keçirilən zülmü davam etdirdi, hətta müsəlmanlara istiqamətli hücumları daha da artırdı. İşğal ancaq Mussolininin ölümüylə 10 fevral 1947-ci ildə bağlanılan bir müqavilə nəticəsində sona çatdı. Bu müddət ərzində 1,5 milyon müsəlman qəddarcasına qətlə yetirildi, yüz minlərləsi də yaralandı.

Hitler və Mussolini nümunələrində görüldüyü kimi, güclülərin və zalımların haqlı və üstün olduğu, qol gücünün, zorakılığın, hücumun və müharibənin inkişafın və uğurun yeganə yolu kimi görüldüyü faşizm, Darvinin "güclülər yaşayar, zəiflər ölər, yaşamaq üçün var güclə mübarizə aparılmalıdır" yalanlarının tətbiq olunmasıydı və milyonlarla insana əziyyət verilməsinə səbəb oldu.


Milyonlarla İnsanın Həyatını Itirdiyi II Dünya Müharibəsi Darvinizmin Əsəridir

Faşist ideoloqlar darvinizmdən aldıqları ilhamla müharibəni də öz ağıllarınca zərurət hesab etmiş və bu iddia sayəsində II Dünya müharibəsini başlatmış, istər öz xalqlarına, istərsə də digər dünya xalqlarına çox müxtəlif əzablar yaşadıblar. Bu baxımdan II Dünya müharibəsində yaşanan əzabların başlıca məsulları arasında Çarlz Darvinin də olduğunu söyləmək olduqca doğru təsbit olacaq. Prof. dr. Ceri Berqman (Jerry Bergman), Darvinizmin II dünya müharibəsinin üzərindəki təsiri haqqında belə bir fikir irəli sürür:

Darvinist fikirlərin alman düşüncə sistemi və tətbiqi üzərində çox böyük təsirə malik olduğuna dair dəlillər çox açıqdır... Əslində darvinist fikirlərin II Dünya müharibəsinin yaranması, 40 milyon insanın ölümü və təxminən 6 trilyon dolların itirilməsində çox böyük təsiri oldu. Təkamülün həqiqət olduğuna qəti şəkildə inanan Hitler özünü insanların müasir xilaskarı hesab etmişdi... Daha üstün bir irq yaratmaq surətiylə dünya Hitlerə, insanları təkamül prosesinin daha yuxarı səviyyəsinə gətirmiş insan kimi baxacaqdı.(21)

Əlbəttə ki, Darvin nəzəriyyəsini ortaya atmadan əvvəl də dünyada bir çox müharibə yaşanmışdır. Lakin təkamül nəzəriyyəsinin təsiriylə müharibə ilk dəfə, elm tərəfindən saxta təsdiq almış və dəstəklənmişdi. Maks Norday (Max Nordau), ABŞ-da geniş əks-səda oyandıran "The philosophy and morals of war" (müharibənin fəlsəfəsi və əxlaqı) adlı məqaləsində Darvinin müharibələr mövzusunda oynadığı pis rola belə diqqət çəkirdi:

Bütün müharibə tərəfdarlarının ən böyük nüfuzlu insanı Darvindir. Təkamül nəzəriyyəsi ortaya atıldıqdan etibarən təbii barbarlıqlarını Darvinin adı ilə ört-basdır edərək, sahib olduqları zalım instinktlərin elmin son sözü olduğunu iddia edirlər.(22)

Darvinizm, müharibəylə nəticələnəcək hər cür fikri və elmi zəmini hazırlamış, müharibəni insanların ucalmasının əvəzolunmaz şərti hesab edən despotlarsa milyonlarla insanın qətlə yetirilməsinə səbəb olmuşdurlar. Darvinizmin zəmin hazırladığı vəhşiliklər istər tarixçilər, istər sosioloqlar, istərsə də bilavasitə təkamülçülər tərəfindən açıq şəkildə dilə gətirildiyi bir vaxtda, sülh, sevgi və tolerantlıq dini olan islamla darvinizmi uzlaşdırmağa çalışmağın çox böyük yanılma olduğu aydındır. Müsəlmanlar qəti şəkildə belə yanlış fikrə qapılmamalı, günahsız insanların qəddarcasına qətlə yetirilməsini öz aləmində qanuniləşdirən ideologiyaya qarşı, açıq və konkret şəkildə fikri mübarizə aparmaqdan çəkinməməlidirlər.


Müasir Dövrdə Darvinizmi Tətbiq Edənlər: Neo-Nasistlər

Hitler və Mussolini kimi faşist liderlər və onlara bağlı olan nasist təşkilatlar (SA, SS, Gestapo və s.) və ya Mussolininin "qara köynəkliləri" bugünkü gündə tarixə qarışmış kimi görünsələr də, onların ideologiyalarını tətbiq edən neo-faşist təşkilatlar hələ də fəaliyyət göstərirlər. Xüsusilə də son illərdə, Avropanın bir çox ölkəsində irqçi və faşist hərəkatlar yeni oyanış içindədirlər. Bu hərəkatların ən başında isə Almaniyadakı neo-nasistlər gəlir. Neo-nasistlər, işsiz-gücsüz küçə avaralarından, narkotik asılılarından və cahil ruhlu insanlardan təşkil olunur və faşist xarakterin bütün xüsusiyyətlərini özlərində əks etdirirlər.

Neo-nasistlər də eynilə Hitler və digər faşistlər kimi darvinist anlayışı mənimsəyiblər. Nasist və irqçilik təbliğatı məqsədiylə yaratdıqları internet səhifələrində Darvinin sözləri və Darvinə yönlətdikləri təriflər yer alır. Səhifələrində Darvinizmin qəbul edilməli bir nəzəriyyə olduğunu irəli sürürlər.

Darvinin və Hitler kimi faşistlərin varisləri olan bu qruplar hücumlarına və qırğınlarına hələ də davam edirlər. Bu qeyri-insani qrupların törətdiyi hərəkətlərin qarşısını almaqda isə, alınan məhkəmə tədbirləri kifayət etmir. Bu zülmün qarşısını qəti şəkildə almağın yolu məhkəmə tədbirləri almaqla yanaşı ciddi mənada fikri mübarizə aparılmasıdır. Darvinizm elmi cəhətdən çürüdülmədikcə irqçiliyi təbiət qanunu hesab edən bu insanların etdikləri zülmlər də bitməyəcək.


Kommunist Liderlər Üçün Darvinizm Bir Dövlət Siyasətidir



20-ci əsrdə insanlara ən çox zərər gətirən ideologiya, şübhəsiz ki, kommunizmdi. Karl Marks (Karl Marx) və Fridrix Engels (Friedrich Engels) adlı iki alman filosof tərəfindən 19-cu əsrdə tarixi zirvəsinə çatan kommunizm, bütün dünyada nasistlərin və imperialist dövlətlərin soyqırımlarını belə geridə qoyacaq qədər çox qan axıtdı. Günahsız insanların canına qəsd etdi, insanlar arasında dəhşət, qorxu və ümidsizlik yaydı. Hər nə qədər 1991-ci ildə kommunizmin süqut etdiyi qəbul edilsə də, qoyub getdiyi tələfat hələ də bitmir. Bu gün hələ də, kommunizmin və marksizmin qaranlıq üzü və insanları din əxlaqından uzaqlaşdıran materialist fəlsəfəsi, vaxtilə kommunizmin hakim olduğu cəmiyyətlər üzərindəki təsirini davam etdirir.

20-ci əsrdə dünyanın hər yerində terror törədən bu ideologiya əslində qədim dövrdən etibarən bir ideologiyanı təmsil edirdi. Bu ideologiya materialist, yəni maddəni yeganə dəyərli şey hesab edən fəlsəfə idi. Kommunizm bu fəlsəfə əsasında meydana gətirilərək 19-cu əsrdə dünya gündəminə gətirildi. Kommunizmin baniləri Marks və Engels materialist fəlsəfəni "dialektika" adlandırılan yeni üsulla izah etməyə çalışdılar. Dialektika kainatdakı bütün inkişafın qarşıdurma sayəsində əldə olunması fərziyyəsi idi. Marks və Engels bu fərziyyəyə əsaslanaraq bütün dünya tarixini izah etməyə başladılar. Marks bəşəriyyət tarixinin qarşıdurmadan ibarət olduğunu, mövcud qarşıdurmanın işçilər və kapitalistlər arasında baş verdiyini və yaxın gələcəkdə işçilərin qiyam qaldırıb kommunist inqilab həyata keçirəcəklərini iddia edirdi.

Kommunizmin banilərinin ən nəzərə çarpan xüsusiyyətləri isə, hər materialist kimi Allah inancına böyük düşmənlik bəsləmələriydi. Hər ikisi də qatı ateist olan Marks və Engels dini inancların yox edilməsini kommunizm baxımından zəruri görürdülər. Lakin Marksın və Engelsin mühüm bir problemələri vardı; daha geniş kütləni təsirləri altına ala bilmək üçün, ideologiyalarına elmi görünüş verməliydilər. Məhz 20-ci əsrdə yaşanan əzablara, xaosa, kütləvi qırğınlara, qardaşı qardaşa qırdıran hərəkatlara səbəb olan təhlükəli ittifaq, bu məqamda ortaya çıxdı. Darvinin "növlərin mənşəyi" adlı kitabında ortaya atdığı təməl iddialar Marks və Engelsin axtardıqları izahlardı. Darvin canlıların "həyat mübarizəsi" nəticəsində, yəni "dialektik qarşıdurma" sayəsində yarandıqlarını iddia edirdi. Üstəlik yaradılışı inkar edərək dini inancları rədd edirdi. Bu Marks və Engels üçün bir də ələkeçməz fürsətdi.

Darvinizm kommunizm üçün o qədər böyük əhəmiyyət daşıyırdı ki, Engels Darvinin kitabı nəşr olunan kimi Marksa belə yazdı: "Hal-hazırda kitabını oxumaqda olduğum Darvin tək sözlə möhtəşəmdir".(23) Marks isə 19 dekabr 1860-cı ildə Engelsə yazdığı cavab məktubunda belə deyirdi: "Bizim fikirlərimizin təbii tarixi təməlini ehtiva edən kitab məhz budur".(24) Marks, digər bir sosialist dostu Lasalle’yə 16 yanvar 1861-ci ildə yazdığı məktubda isə; "Darvinin əsəri böyük əsərdir. Tarixdəki sinfi mübarizənin təbiət elmləri baxımından təməlini təşkil edir"(25) deyərək, təkamül nəzəriyyəsinin kommunizm üçün əhəmiyyətini bildirirdi.

Marks Darvinə olan simpatiyasını ən mühüm əsəri olan "Das Kapital"ı Darvinə həsr edərək göstərmişdi. Kitabın alman dilindəki nəşrinə əl yazısıyla belə yazmışdı: "Çarlz Darvinə həqiqi pərəstişkarı olan Karl Marksdan".(26)

Engels də Darvinə olan heyranlığını fərqli bir yerdə belə dilə gətirirdi:

Təbiət metafizik olaraq deyil, dialektik olaraq işləyir. Bununla əlaqədar olaraq hamıdan əvvəl Çarlz Darvinin adı çəkilməlidir.(27)

Engels öz aləmində Darvini Marksla bərabər tutacaq şəkildə tərifləyir və "Darvin necə üzvi təbiətdəki təkamül qanununu kəşf etdisə, Marks da bəşəriyyət tarixindəki təkamül qanununu kəşf etdi" deyirdi.(28) Marksizm-darvinizm əlaqəsi bu gün hər kəs tərəfindən qəbul edilən çox açıq həqiqətdir. Karl Marksın həyatından bəhs edən kitablarda da, bu əlaqə həmişə bildirilir. Məsələn, Karl Marksın bioqrafiyasında bu əlaqə belə təsvir edilir:

Darvinizm, marksist fəlsəfəni dəstəkləyən, həqiqiliyini sübut edən və inkişaf etdirən bəzi həqiqətlər göstərdi. Darvinist təkamülçü fikirlərin yayılması, cəmiyyətdə bütöv halda marksist düşüncələrin əməkçi xalq tərəfindən qavranılması üçün əlverişli zəmin yaratdı ... Marks, Engels və Lenin Darvinin ideologiyalarına böyük dəyər verdilər və bunların daşıdığı elmi əhəmiyyətə işarə etdilər, beləliklə də, bu ideologiyaların yayılma prosesini sürətləndirdilər.(29)

Tarixin ən azğın qatillərindən biri olan Mao da qatı darvinistdi. Maonun əmrləri əsasında bilavasitə 10 milyona yaxın insan öldürüldü, ona itaət etməyən 20 milyona yaxın insansa həbsxanalarda həyatlarını itirdi. Mao yaratdığı bu rejimin fəlsəfi dayağını isə; "Çin sosializminin təməli Darvinə və təkamül nəzəriyyəsinə əsaslanır" deyərək açıqca büruzə verdi.(30) Marksist, ateist və təkamülçü olan Mao, "irəliyə doğru böyük sıçrayış" kimi adlandırdığı hərəkatın üzvlərinin oxuyacağı materialların Çarlz Darvinin əsərləri və təkamül nəzəriyyəsini dəstəkləyən digər materiallar olması əmrini verdi.(31) Çin kommunistləri 1950-ci illərdə hakimiyyətə gəldikləri vaxt, təkamül nəzəriyyəsini ideologiyalarının təməli kimi qəbul etdilər. Hətta Çinli ziyalılar təkamül nəzəriyyəsini xeyli əvvəldən qəbul etmişdilər:

19-cu əsrdə Qərb, Çini, təcrid olunmuş və qədim ənənələri davam etdirən yatan bir dev hesab edirdi. Çox az Avropalı, Çinli ziyalıların Darvinin təkamül nəzəriyyəsini həvəslə mənimsədiklərini və dəyişmə üçün ümid vəd etdiyini qavradıqlarını anladı. Çinli yazıçı Hu Shih’ə görə 1898-ci ildə Tomas Hakslinin "təkamül və etika" kitabı nəşr olunduqda Çinli ziyalılar tərəfindən tezliklə qəbul edildi. Zəngin insanlar ucuz Çin verilişlərinə sponsorluq etdilər, beləliklə də, kütlələrə geniş şəkildə yayıla bildi.(32)

Bütün bu məlumatlar, darvinizm qarşısında passiv və aciz yanaşma tərzi nümayiş etdirən, bu azğın nəzəriyyə qarşı aparılan fikri mübarizəni lazımsız hesab edən və ya görməzlikdən gələnlərin xeyli yanıldıqlarını yenidən göstərir. Darvinizmi zərərsiz elmi nəzəriyyə hesab edənlər, kommunist ideologiyanın təməl dayaq nöqtəsi olan, bütün marksist ideoloqların həyatları bahasına dəstəklədikləri bir nəzəriyyə ilə üzbəüz olduqlarını unutmamalıdırlar. Marksist, Leninist və Maoçu nəşrlərin və liderlərin dillərindən düşürmədikləri, həyatın hər sahəsinə tətbiq etməyə çalışdıqları təkamül nəzəriyyəsini İslamla uyğunlaşdırmağa çalışanların xeyli yanıldıqlarını görmələrinin ən asan yolu isə, bu nəzəriyyənin həqiqi üzünü görmələri olacaq.

Darvinist Kommunizmin Acı Nəticəsi

Darvinist-materialist dünyagörüşünü mənimsəyən terroristlər, primitiv əcdadları olduğunu iddia etdikləri heyvanlar kimi dağlara çıxdılar və mağaralarda çox pis şərtlər altında yaşadılar. Heç düşünmədən insan öldürə bildilər, körpələrin, yaşlıların, günahsızların canlarına qəsd etdilər. Özlərini və digər insanları Allahın yaratdığı, ruha, ağla və vicdana sahib varlıqlar kimi görmədikləri üçün, heyvanın heyvana etdiyini, bir-birlərinə etdilər. Kommunizmin qanlı nəticəsinə, “kommunizmin qara kitabı” adlı əsərdə belə yekun vurulur:

Ümumi ölü sayı 100 milyona çatır".(33)

SSRİ 20 milyon ölü,
Çin 65 milyon ölü,
Vyetnam 1 milyon ölü,
Şimali Koreya 2 milyon ölü,
Kamboca 2 milyon ölü,
Şərqi Avropa 1 milyon ölü,
Latın Amerikası 150 min ölü,
Afrika 1,7 milyon ölü,
Əfqanistan 1,5 milyon ölü,
beynəlxalq kommunist hərəkat və hakimiyyətdə olmayan kommunist partiyalar 10 000-ə yaxın ölü.

Kommunizm və materializmin din düşmənçiliyi isə, oktyabr inqilabı və ondan sonra kəskin şəkildə özünü göstərdi. Stalinin dağıtdırdğı onlarla kilsə və məscid kommunizmin din düşmənçiliyinin göstəricilərindən yalnız biriydi. Cəmiyyətin böyük hissəsi dindar olmasına baxmayaraq, insanların ibadətlərini yerinə yetirmələrinə maneə törədilirdi. Xristianların kilsəyə getdikləri bazar gününü aradan qaldırmaq üçün ortaq tətil günü anlayışı aradan qaldırıldı. Hər kəs beş gün işləməli və hər hansı gün tətil etməliydi. 1936-cı ilədək məscidlərin 65%-i, kilsələrin 70%-i yandırılmışdı. Albaniyanın kommunist lideri və dinsizliyi ilə tanınan Ənvər Xoca (Enver Hoxha) 1967-ci ildə Albaniyanı dünyanın ilk dinsiz ölkəsi elan etdi. Din xadimləri səbəbsiz yerə nəzarət altına alındılar, bir hissəsi polis tərəfindən nəzarət altında olarkən öldürüldü. 1948-ci ildə iki yepiskop 5000 din xadimiylə birlikdə güllələndi. Eynilə müsəlmanlar da öldürülürdü. Ölkənin "Nendori" qəzeti də, 327-si katolik məbəd olmaqla, ümumilikdə 2 min 169 məscid və kilsənin bağlanıldığını bildirdi.

Bu gün dialektik materializm və kommunizm çökmüş kimi görünür. Lakin bu yalandır. Çünki bu düşüncə sistemi müxtəlif adlar altında dünyanın bir çox ölkəsində gizlicə fəaliyyətlərini davam etdirir, hətta ölkəmizdə separatçı terroru bilavasitə təşkil edir. Dolayısilə, materializmin gizlicə fəaliyyət göstərməsi vicdan və ağıl sahibi insanları acizliyə sövq etməməlidir. Bu təhlükəli ideologiyalarla və bu ideologiyaların dəstəkçisi olan darvinizmlə elmi mübarizə aparılması şərtdir.


Darvinizm, Vəhşəti Öz Ağlınca Qanuni Hesab Edən Fərdlər Yetişdirir

Kommunizm və faşizm bəşəriyyətin iki düşmənidir. Bunlar darmadağın etməyi, insanlara qorxu, narahatlıq, əzab, dəhşət yaşatmağı, öz ölkəsinin əsgərinə, polisinə hücum etməyi, günahsızları göz qırpmadan öldürməyi əmr edər. Həm faşist, həm də kommunist rejim və təşkilatlarda ortaq psixologiya hakimdir: Bu sistemdə, insani duyğular, acımaq, insaf etmək, vicdan kimi hisslər tamamilə yox edilir. İnsan cəmiyyətləri, vəhşi heyvanların yaşamaq və qidalanmaq üçün döyüşdükləri meydanalara çevrilir. Necə ki, vəhşi bir heyvan qida və məskunlaşma yeri əldə etmək üçün, öz növüylə var gücüylə mübarizə aparırsa, insanların da eyni şəkildə "heyvanlar" kimi davranmaları uyğun görülür. Çünki Darvinin ehkamı, onlara əslində bir heyvan olduqlarını və heyvanlar necə yaşamaq üçün mübarizə aparırlarsa, özlərinin də elə davranmalı olduğunu öyrədir.

P.J. Darlinqton (P.J. Darlington) bir təkamülçü olaraq, “evolution for naturalists” (“naturalistlər üçün təkamül”) adlı kitabında vəhşiliyin, təkamül nəzəriyyəsinin normal nəticəsi olduğuna və hətta bunun qanuni görülməsinin lazım olduğuna dair batil inancını belə etiraf edir:

Eqoistlik və vəhşilik içimizdəki normal bir şeydir, ən uzaq atamızdan bizə miras qalmışdır... O zaman vəhşilik insanlar üçün normaldır və təkamülün məhsuludur.(34)

Bir təkamülçünün bu etirafından da aydın olduğu kimi, Darvinin təkamül nəzəriyyəsini rəhbər tutan ideologiyaların digər insanları heyvan qəbul etməsi, onlara heyvanlar üçün uyğun görülən münasibəti göstərməsi, onlara zülm etməsi özü üçün olduqca normaldır. Çünki bu insan darvinist ideologiyanı mənimsəyərək bir Yaradıcı olduğunu, özünün yer üzündə mövcudluq məqsədini və axirətdə dünyada etdiklərinə görə Allahın hüzurunda hesab verəcəyini unudur. Bunun nəticəsi olaraq da, bu insan, Allah qorxusu yox olan hər insan kimi, yalnız öz mənfəətlərini düşünən eqoist, mərhəmətsiz, zalım hətta gözü dönmüş bir qatilə çevrilir.


Gənclərini darvinist və materialist ideologiya ilə yetişdirən bəzi Qərb millətləri, 150 ildir ki, "kommunist", "faşist" və ya "neo-nasist" kimi tanınan təcavüzkar və qəddar insanlar yetişdirirlər. Sonra da meydana gətirdikləri bu cinayətkarların qan axıtmasının, dövlətinə və millətinə düşmən olmasının qarşısını ala bilmirlər. Bu ölkələrin ən böyük səhvi əvvəlcə darvinist təhsillə bu cinayətkarları yetişdirmək, sonra da bunları necə cilovlayacaqlarını düşünərək çarəsizcə yollar axtarmaqdır.

Halbuki edilməli şey çox aydındır: Darvinizm elmi mübarizə aparılmaqla fikirlə yox edilməlidir. Bunun yolu isə darvinist təhsil verməkdən imtina etmək, insanlara məsuliyyətsiz heyvan olmadıqlarını, Allahın yaratdığı ruh sahibləri və axirətdə etdikləri əməllərdən ötrü haqq-hesab verəcək fərdlər olduqlarını başa salmaqdır.

Zərərli ideologiyaların mənşəyi olan darvinizmin fikri yolla çürüdülməsi nəticəsində, ortada yalnız tək bir həqiqət qalacaq. O da, bütün insanları və kainatı Allahın yaratdığı həqiqəti olacaq. Bunu anlayan insanlar səmimi şəkildə din əxlaqına üz tutacaqlar. İnsanların din əxlaqına üz tutmaları nəticəsində yer üzündəki əzablar, çətinliklər, qırğınlar, bəlalar, ədalətsizliklər, yoxsulluqlar aradan qalxacaq, aydınlıq, rahatlıq, zənginlik, bolluq, sağlamlıq və bərəkət gələcək. Bunun üçünsə batil olan və insanlara zərər verən hər ideologiya, haqq olan, insanlara gözəllik bəxş edəcək ideologiyalar vasitəsilə məğlub edilməlidir. Daşa qarşılıq daş atmaq, yumruğa qarşı yumruqla cavab vermək, təcavüzkara qarşı təcavüzkar olmaq çıxış yolu deyil. Çıxış yolu bunları edənlərin ideologiyalarını çürütmək və zəruri olan tək doğrunu səbirlə və gözəl şəkildə onlara izah etməkdir.

Qarşıdurmaların, anarxiyanın, terrorun, qiyamların, zülmün, vəhşiliyin, mərhəmətsizliyin, məzlumları tapdalamağın həyatın labüd həqiqətləri olduğunu düşünənlər yanılırlar. İnsanlar arasında normal olan sülhün, əmin-amanlığın, təhlükəsizliyin, qardaşlığın, dostluğun, səmimiyyətin, insanpərvərliyin, mehribanlığın, şəfqətin, anlayışın, hörmətin hakim olduğu mühitlərin olmasıdır. Bu da ancaq darvinizmin fikri yolla yox edilməsi və din əxlaqının hakim olmasıyla təmin edilə bilər.


Əxlaqi Pozulma Darvinist Dünya baxışının Bir Nəticəsidir

Darvinizmin dünya üzərindəki təsirini qiymətləndirməyən və ya görməzlikdən gələnlər, insanların din əxlaqından uzaqlaşıb, dinsizliyə yönəlmələrinin həqiqi səbəblərinin də xəbərsizdirlər. Halbuki darvinizmin bəşəriyyətə gətirdiyi ən böyük bəla, şübhəsiz ki, insanları dinsizliyə sürükləməsidir. Çünki din əxlaqından uzaqlaşmış cəmiyyətlərdə, qısa müddətdə kəskin əxlaqi və mənəvi pozulma meydana çıxar. Müasir cəmiyyətlərdə də, bu vəziyyətin nümunələri görülür.

Hal-hazırda darvinizmi şüurlu şəkildə müdafiə edən insanların sayı azdır. Lakin azlıq təşkil edən bu kütlələr, ictimai həyata demək olar ki, hər sahədə yön verənlərdir və öz dünyabaxışlarını böyük kütləyə təlqin etmə imkanları vardır. Məsələn, universitetlərin təhsil işçilərinin əksəriyyəti, kino rejissorlarının böyük hissəsi, dünya səviyyəsində tanınan nəşriyyat orqanlarının, qəzet və jurnalların redaktorları və müəllifləri əsasən materialist və darvinistdirlər. Dolayısilə bu seqmentin xitab etdiyi kütlələr də, onların təlqinlərini alır və onların təkamülçü və din əxlaqına uyğun olmayan düşüncələrini mənimsəməyirlər. Nəticə etibarilə də, ortaya bu batil fikirlərin geniş şəkildə qəbul olunduğu cəmiyyətlər çıxır.

Darvinistlərin ictimai həyatdakı bu geniş miqyaslı hakimiyyəti, insanlar üzərində sanki çox güclü "hipnoz" təsiri meydana gətirir. Xüsusilə də gənclər, darvinist və materialist təlqinlərə asanlıqla qapıla bilirlər. Oxuduqları jurnallar, kitablar, seyr etdikləri filmlər, tamaşa etdikləri teatrlar və ya musiqi klipləri, dinlədikləri mahnıların sözləri və ən əhəmiyyətlisi də məktəbdə aldıqları təhsil vasitəsilə gənclərin dünyabaxışlarını və düşüncələrini yönləndirmək olduqca asan olur. Necə ki, insanların təkamül nəzəriyyəsini, bütün yalanlarına və qeyri-elmi olmasına baxmayaraq, 150 ildir ki, elmi həqiqət zənn etmələrinin səbəbi də darvinistlərin bu güclü təbliğatıdır.

Vurğulanmalı olan digər bir əhəmiyyətli mövzu isə, hazırkı dövrdə dinsizliyin əsasən gizli təbliğ edilməsidir. Bu ateist, materialist ətrafların dini mövzuları və ya dindarlığıyla tanınan insanları öz aləmlərində lağa qoymaları, mahnı sözlərində, romanlarda, filmlərdə, qəzet başlıqlarında, lətifələrdən Allaha, taleyə və dinə istiqamətli ədəbsiz sözlər işlətmələri (Allahı tənzih edirik), bu hiyləgər taktikalardan yalnız bir neçəsidir.


Darvinizmin mövzuları isə, dinsizlik təbliğatının ən tez-tez istifadə olunan vəsaitləridir. Heç əlaqəsi olmayan mövzularda belə, atalarımızın meymunlarla ortaq olduğu yalanı tez-tez vurğulanır. İnsan psixologiyasının analizinə dair nəticələrdə belə, təkamül nəzəriyyəsinin iddiaları sətir aralarında verilər. Beləliklə də, özündən soruşulduqda Allaha və dinə inandığını söyləsə belə, əslində dini, axirəti, əxlaqi məsuliyyətləri öz aləmlərində əhəmiyyətsiz hesab edən (Allahı tənzih edirik), düşünməyən, Allahdan qorxmayan və əslində isə, Ona inanmayan insan cəmiyyətləri ortaya çıxır. Allah qorxusuna və imana sahib olmayan insanlarsa, heç bir mövzuda sərhəd tanımaz və əcdadları olduğunu zənn etdikləri heyvanlarla bənzər həyat tərzi yaşamağa başlayarlar. Məsələn, Allahdan qorxub çəkinməyən insanların namuslarını qorumaları gözlənilməz, çünki bunun üçün aşmamalı olduqları olan hər hansı hədd olmadığını düşünərlər. Digər insanların gözündən gizləndikləri müddətcə hər cür əxlaqsızlığı edə bilərlər. Necə ki, hazırkı dövrdə dünya səviyyəsində xüsusilə gənclər arasında və cəmiyyətlərin müəyyən seqmentlərində getdikcə həddi daha da aşan, əxlaqi dəyərləri görməzlikdən gələn bir anlayışın yayılması, insanların darvinist təlqinlər nəticəsində din əxlaqından uzaqlaşmalarının bir nəticəsidir. Özbaşına buraxıldıqlarını hesab edən və heç kəsə haqq-hesab verməyəcəklərini güman edən insanların xarakteri, hər keçən gün daha da korlanır. Zina, bəzi nəşriyyat orqanlarının az qala tərifləyərək və qibtə edərək danışdığı, hətta hər kəsi dəvət etdiyi, hər kəs tərəfindən normal qarşılanan bir hərəkətə çevrilmişdir. Diqqətlə araşdırılsa, cinayətin, fahişəliyin, fırıldaqçılığın, saxtakarlığın hər növü, rüşvət almaq, rüşvət vermək, yalan söyləmək, bir sözlə, bilinən bütün əxlaqsız davranışların təməlində dinsizlik olduğu görülər. Bu dinsizliyin yayılma üsullarının ən təsirlisi isə, darvinizmin "özbaşına buraxılmış, təsadüflər nəticəsində meydana gəlmiş insan" yalanının cəmiyyətlərə israrla təlqin edilməsidir.

The lie: Evolution (bir yalan: Təkamül) adlı kitabın müəllifi Ken Ham, darvinizmin səbəb olduğu dinsizliyə diqqət çəkərək belə söyləyir:

Əgər Allahı inkar edər və dini inancların yerinə şans və təsadüflərlə dolu olan başqa inanc qoysanız, səhv və doğru üçün əsas qalmaz. Qanunlar, istədiyiniz kimi olar. Mütləqilik yoxdur, tabe olunmalı prinsiplər yoxdur. İnsanlar öz qanunlarını yazarlar.(35)

Burada bu həqiqət xatırladılmalıdır: Bəziləri insanların öz qoyduqları qaydalarla da əxlaqi dəyərlərin qoruna biləcəyini, ictimai nizam-intizamın təmin edilə biləcəyini düşünə bilərlər. Lakin bu doğru deyil. Əlbəttə ki, cəmiyyətdə nizam-intizamı təmin edən qanunlar və qaydalar olması vacibdir. Eləcə də, bunlar əxlaqi dəyərlərin qorunmasına kömək edərlər. Lakin bunlara tam mənasıyla riayət etmək, nizam-intizamın hər kəsin razı qalacağı və rahat olacağı şəkildə qorunması, ancaq Allaha və axirət gününə iman etməyin gətirdiyi gözəl əxlaqla mümkündür.



Feodosiy Dobrjanskiy (Theodious Dobzhansky) də, darvinizmin əxlaqi pozulmaya zəmin hazırladığını qəbul edən darvinistlərdən biridir. Darvinizmin təməli olan "təbii seleksiya" düşüncəsinin cəmiyyətlərin əxlaqi dəyərlərini zəiflətdiyini belə ifadə edir:

Təbii seleksiya eqoizmi, əyləncə düşkünlüyünü, cəsarət əvəzinə qorxaqlığı, saxtakarlığı və istismarı seçər. Cəmiyyət etikası isə, "təbii" rəftarları qadağan edər və bunların əksi olan nəzakət, comərdlik və hətta digər şeylərin, cəmiyyətin, millətin və nəhayət bütün insanların yaxşılığı üçün özünü fəda etmək kimi xüsusiyyətləri ucaldar.(36)

Dobrjanskiyin (Dobzhansky) sözləri çox mühüm bir həqiqətə diqqət çəkir: Comərdlik, fədakarlıq, vəfa, sədaqət, köməksevərlik kimi gözəl əxlaq xüsusiyyətləri darvinist zehniyyətin əsla qəbul etməyəcəyi fəzilətlərdir. Çünki darvinizm bunları təkamül prosesini gerilədən bir maneə hesab edir. Darvinizmə görə xəyali təkamül prosesinin davam edə bilməsi üçün, insanlar mərhəmətsiz, eqoist, sevgisiz, vəfasız olmaq məcburiyyətindədirlər. Belə bir anlayışın geniş kütlələr tərəfindən qəbul edildiyi bir cəmiyyətdə dinclikdən, etimaddan və sabitlikdən danışmağın qeyri-mümkün olduğu isə aydındır.

Belə ki, diqqətli araşdırıldıqda, darvinist zehniyyətin vurduğu böyük ziyanın izləri dərhal görülə bilər. İnsanların yardımlaşma, fədakarlıq, hörmət və sevgi bağları olmadan, bir-birlərindən ayrı yaşamalarının, guya inkişafın və mədəniləşmənin bir nəticəsi olduğu cəmiyyətlərə təlqin edilir. Daha çox istehsal və inkişaf üçün belə bir nəticəyə dözülməli olduğu yalanı tez-tez təkrarlanır. Əslində isə, bu inkişafın və mədəniləşmənin deyil, insanların özlərini "heyvan səviyyəsi"nə gətirmələrinin bir nəticəsidir. Halbuki insan Allahın ağıl, şüur, vicdan və ruh sahibi olaraq yaratdığı, digər bütün canlılardan bu xüsusiyyətləriylə tamamilə fərqlənən bir varlıqdır. Lakin darvinist-materialist əxlaqın cadusuna qapılan bəzi insanlar bu xüsusiyyətlərini unudar və çox vaxt heyvanlarda belə görülməyəcək alçaq, vicdansız, şüursuz, əxlaqsız hərəkətlər edəcək qədər alçalarlar. Sonra da; "bizim soyumuz onsuz da heyvan olub, bunlar da onlardan qalan genetik mirasdır" deyərək, öz iradəsizliklərinə və şüursuzluqlarına dırnaqarası elmi zəmin hazırlayarlar.

Bir çox darvinist etoloq, bu yanlış məntiqə əsaslanaraq, insanların cinayətə meyletmə səbəbinin heyvan olan atalarından özlərinə qalan bir miras olduğunu iddia edir. Təkamülçü Stefen Cey Quld (Stephen Jay Gould) "ever since Darwin" (“Darvindən indiyədək”) adlı kitabında ilk olaraq italyan fizik Lombroso tərəfindən ortaya atılan bu iddianı belə nəql edir:

Günahkarlığa aid bioloji qanunlar çox yeni sayılmazdı, lakin Çezare Lombrozo (italyan bir həkim) bu mübahisəyə yepyeni təkamüli yön verdi. Anadangəlmə günahkarlar yalnız kəmağıl və ya xəstə olmayıb, daha əvvəlki təkamüli mərhələyə geri düşmüş və sözün əsil mənasında nəsillərinə çəkmişdilər. Primitiv və meymunabənzər atalarımızın irsi xüsusiyyətləri genetik repertuarımızda qorunur. Bəzi fərdlər normadan artıq irsi xüsusiyyətlərə sahib şəkildə doğular. Davranışları keçmişdəki bəzi vəhşi cəmiyyətlər üçün uyğun olsa da, bu gün bu davranışlara cinayət deyirik. Anadangəlmə günahkarlara yazığımız gələ bilər, çünki onlar özlərinə hakim ola bilməzlər...(37)

Yəni darvinistlərin iddialarına görə bir insanın digərini öldürməsi, ona əzab verməsi, oğurluq etməsi, müharibə yaratması, guya ona meymun atalarından genetik olaraq verilmiş mirasdır. Dolayısilə, bu əsassız iddiaya görə işlədiyi cinayətlər həmin insana aid deyildir və üzrlü hesab edilməlidir. Bu ağılsız və məntiqsiz iddialardan da aydın olduğu kimi, darvinist ideologiya insanın sahib olduğu vicdanı, iradəni, qərar vermə, mühakimə yürütmə qabiliyyətlərini tamamilə heçə sayar və insanı eynilə heyvanlar kimi instinktləriylə hərəkət edən, ağılsız məxluq kimi qəbul edər. Bu azğın anlayış, vəhşi bir şirin içindəki təcavüzkarlığı cilovlaya bilməməsi, qəzəbini boğaraq, bağışlayaraq və səbir göstərərək fəzilətli rəftar göstərə bilməməsini nümunə verərək, insanın da eyni şəkildə davranacağını iddia edər. Belə insanların ibarət bir cəmiyyətdə narahatlıqlar, təhlükələr, qarışıqlıq, döyüş və qarşıdurma olacağı aydındır.

Darvinist və materialistlərin yanlış fikirlərinə görə insanlar da daxil olmaqla bütün kainat, xaos və təsadüflərin əsəridir. Bu batil anlayışın cəmiyyətlərə təlqin edilməsiylə, özbaşına buraxılmış olduğunu zənn edən, məsuliyyətsiz insanlar ortaya çıxar. Məqsədsiz bir insan isə, düşünməz və özünü inkişaf etdirməyi hədəfləməz. Belə insan biganə, lağlağı, laqeyd olar, heç nədən təsirlənməz, vicdanından istifadə etməz, heç bir hədd və qanun tanımaz. Sahib olduğu heç bir fəzilət və gözəllik olmaz. Həmçinin öz azğın anlayışına görə, özü kimi inkişaf etmiş bir heyvan olan digər varlıqların etdiyi şəkildə bu dünyada qidasını tapa bilməli, nəsil verə bilməli, bəzi ehtiyaclarını qarşıladıqdan sonra mümkün qədər əylənərək ölümü gözləməlidir. Bu heyvanlar aləminin yaşadığı həyatın, insan həyatına uyğunlaşdırılmış versiyasıdır. Eləcə də, diqqət yetirilsə hər nə qədər insanların böyük hissəsi darvinizmin texniki incəliklərini bilməsə də, darvinistlərin insanlar üçün münasib gördükləri bu həyatı yaşayırlar.

Həmçinin bu insanlar məqsədsiz və yox olacaqları bir həyat yaşadıqlarına görə görünməmiş pessimizmə və ümidsizliyə qapılarlar. Ölümlə birlikdə hər şeyin yox olacağını düşünmək bu insanların içlərinə qapanmalarına, bədbəxt olmalarına səbəb olar. İntihar hallarının, psixoloji problemlərin, depresiyaların altında yatan səbəblərdən biri də darvinist cadunun insanların psixologiyaları üzərindəki bu mənfi təsirləridir.

Bütün kainatı yoxdan yaradan, sonsuz güc və qüdrət sahibi olan Rəbbimizin hər şeyi bir məqsədlə yaratdığını unudan və ya görməzlikdən gələn cəmiyyətlər, mütləq əxlaqi və mənəvi cəhətdən pozulmağa məhkumdurlar. Zənginlik, rifah, iqtisadi inkişaf təklikdə bu insanlara qətiyyən əmin-amanlıq və təhlükəsizlik bəxş etməz. Ağlının və vicdanının əmrlərinə itaət etməyən, özünü özbaşına buraxılmış və məqsədsiz bir varlıq hesab edən insanları dünyada bədbəxtliyə, ümidsizliyə, pessimizmə salan çox şey var. Ən əhəmiyyətlisi də, ölümlə birlikdə yox olacaqlarını zənn edən bu insanların, öldükdən sonra qarşılaşacaqları əsil həyatı gördükdə yaşayacaqları şey, peşmançılıq, bədbəxtlik və pessimizm olacaq. Halbuki, Allaha və axirətin varlığına inanan bir insan əsil həyatını dünyada deyil, axirət yaşayacağını bilir. Həmişə Allahın rizasını və cənnətini qazanmağın ümidini və sevincini daşıyar. Hər hadisədə Allaha təvəkkül edər, digər bir sözlə, heç vaxt ümidsizliyə və bədbinliyə qapılmaz.

Göründüyü kimi, darvinizmin hədəflədiyi dünya modelinin İslam əxlaqıyla uyğunlaşması, ikisinin arasında orta yol tapılması qətiyyən mümkün deyil. Çünki ikisi bir-birinin tam əksidir. İslam dininin insanlara tövsiyə etdiyi bütün əxlaqi dəyərlər, darvinist əxlaq tərəfindən rədd edilir. Darvinizm, sevgini, şəfqəti, mərhəməti, paylaşmanı, köməkləşməni, fədakarlığı və ehtiyac sahiblərinə kömək etməyi zəiflik əlaməti qəbul etdiyi halda, bu əxlaq xüsusiyyətləri İslam əxlaqının təməlini meydana gətirir. Dolayısilə öz ağıllarınca darvinizmi günahsız göstərməyə çalışan, onun İslam diniylə uzlaşa biləcəyi kimi yanlış fikrə qapılanlar, bu mövzu barədə bir daha dərindən düşünməli və darvinizm qarşısındakı aciz və passiv yanaşma tərzindən imtina etməlidirlər. Qəzetlərdə, jurnallarda, televizorda gördükləri təkamül təbliğatı aparan proqramlar, xəbərlər, yazılar, elm üçün aparılmış bir fəaliyyət olmaqdan olduqca kənar məna daşıyırlar. Darvinizmin lehindəki hər bir fəaliyyət, bu mövzu barədə məlumatsız zehinlərə tutulmuş zəhərli ox qədər təhlükəlidir. Bu zəhərli təbliğatın qarşısını almaq, təhlükənin böyüklüyünü görmək və bu təhlükəyə qarşı aparılacaq elmi mübarizəni gecikdirməmək mühüm əhəmiyyət daşıyır.


Terror, Darvinizm Sayəsində Yaşama İmkanı Tapar

Son illərdə terror, dünyanın ən güclü ölkələrini belə təhdid etməyə başlamışdır. Hər hansı ölkənin terror hücumlarına məruz qalmayacağına zəmanət verilə bilməz. Görülən tədbirlər, çıxarılan yeni qanunlar, artırılan detektiv tədbirlər vasitəsilə bu təhdidin qarşısını almaq çox çətindir. Artıq hər kəs terrorun nə qədər böyük bəla olduğunu bilir, lakin əksər insan bu bəlanın ideoloji təməlinin darvinizm olduğundan xəbərsizdir. Darvinizmin insanların şüur altına aşıladığı; "insan, mübarizə aparan heyvandır" yalanının olduqca təsirli olduğu aydın məsələdir. Darvinizm insanlara bir "dünyabaxışı" və "üsul" tərifi verir. Bu azğın dünyabaxışının və üsulun təməl anlayışı isə, "özündən olmayanla mübarizə aparmaq"dır.

Dünyada müxtəlif inanclar, müxtəlif dünyagörüşləri və müxtəlif fəlsəfələr var. Bunlara sahib olanlar, ya bunlara sahib olmayanlara hörmət göstərə bilər, onlarla dialoq yaratmağa çalışa bilər, "humanist" üsul tətbiq edə bilər, ya da bunlara sahib olmayanlarla vuruşmaq, döyüşmək, onlara zərər verərək öz fəlsəfələrinə görə üstünlük qazanmaq yolunu seçə bilər, yəni "heyvani" davrana bilərlər.

Terrorun dünyada yayılma səbəbi, bu ikinci yolun seçilməsinin bir nəticəsidir. Dolayısilə terrorla mübarizədən söhbət getdikdə əsl edilməli şey, terrorun təməl dayaq nöqtəsini yox etmək, yəni darvinizmlə elmi mübarizə aparmaqdır. Darvinizm aparılacaq fikri mübarizə nəticəsində yox edildikdə, artıq dırnaqarası elmi dayaqları qalmayacağı üçün terrorist təşkilatlar və dolayısilə terrorizm bəlası da sona çatacaq.

Lakin darvinizm ayaqda tutulmağa davam edildiyi, insanlara darvinist yalanlar təlqin edilib öyrədildiyi müddətcə, terrorun sona çatması qeyri-mümkündür. Bir tərəfdən məktəblərdə darvinizmi öyrədib, digər tərəfdən də gənclərin terrorist təşkilatlara qoşulmalarına təəccüblənmək bir təzaddır. Çünki bir insanın terrorist olması üçün, o, əvvəlcə qarşısındakının insan olmadığına, qarşıdurmanın təbiətin qanunu olduğuna, öldürmənin və qətlə yetirməyin normal olduğuna, heç kim qarşısında məsuliyyət daşımadığına inanmalı, yəni darvinist olmalıdır. İllərlə şüursuz atomların bir araya gələrək canlıları meydana gətirdiyi, özünün də bir maddə yığını, hətta bir növ heyvan olduğu, qarşıdurma olmadan inkişafın mümkün olmayacağı yalanlarıyla böyüyən bir insana, "sevgidən, tolerantlıqdan, mərhəmətdən, sülhsevər" olmaqdan danışmaq mənasızdır. Həmçinin, bu insanın "necə olub da qəddarcasına günahsız insanları qətlə yetirə bildiyini" soruşmaq da nəticə verməz. Bu insandan, başqalarına hörmət göstərməsini, qanunlara tabe olmasını, dövlətinə itaət etməsini gözləmək mənasızdır.

Bunu təkrarlamaq lazımdır ki, dünyadakı qırğınların, vəhşicəsinə işlənən cinayətlərin, insanlara tətbiq olunan zülmün, terrorun, seprataçılığın, din və dövlət düşmənçiliyinin arxasında darvinizm və materializm təhsili almış insanlar var. Elə buna görə də, başda Qərb dünyasında olmaqla, darvinist təhsilə son verilməsi zəruridir. Dünya dövlətlərinin bir çoxu təhsil sistemlərində materializm və darvinizmə mühüm yer ayırır, gənclərə bunları öyrətmək üçün milyonlarla dollar pul xərcləyirlər. Daha sonra da ölkələrində meydana gələn terror hadisələriylə mübarizə aparmaq üçün yenə milyonlarla dollar xərcləyirlər. Məktəblərində, təhsil qurumlarında, universitetlərində darvinist-materialist təhsil verilən, televiziya kanallarında, qəzetlərində darvinist zehniyyət təlqin edilən bir ölkədə; "anarxiya və xaosun qarşısını niyə ala bilmirik?" sualının verilməsi səmimi yanaşma tərzi deyildir. Əvvəlcə darvinist-materialist təhsil verib, sonra da bu zehniyyətin məhsulu olan hərəkətlərindən ötrü insanları sorğu-sual edən dünya dövlətləri böyük təzad içindədirlər.

Halbuki terrorun qarşısını almaq məsələsində səmimidirlərsə, əvvəlcə anarxiyanın və terrorun təməlini meydana gətirən, insanlara "qarşıdurma"nı və güclülərin qalib gəldiyi "həyat mübarizəsi"ni haqlı göstərən materialist-darvinist təhsil verməkdən imtina etməlidirlər. Milyonlarla dolları, materializmin və darvinizmin qeyri-elmi, xurafatlarla dolu və qeyri-real fikirlər olduğunu öyrətmək üçün, xərclədikləri təqdirdə problem onsuz da kökündən həll olacaq.

Bura qədər qeyd etdiyimiz məlumatlar, darvinizmin nə qədər böyük bəla olduğunu açıqca göz qabağına gətirir. Bu həqiqətlərə baxmayaraq, darvinizmin bir təhlükə meydana gətirmədiyini və ya yox olduğunu düşünənlər, bu yanlış fikirlərini ətraflarında yayanlar, həmin bu nəzəriyyənin inkişafına bilərək və ya bilməyərək kömək edərlər. Çünki bu yolla bir məlumat verdikləri vaxt, cəmiyyətdə belə bir təhlükə olmadığı fikri meydana gələr. Buna bağlı olaraq da, darvinist təbliğata, saxtakarlıq və təlqinlərə qarşı fikri və elmi həssaslıq yaranmaz, tədbir görülməz. Buna baxmayaraq, təkamül nəzəriyyəsini müdafiə edən insanlar, köhnəlmiş məlumatlarla da olsa öz ağıllarınca hazırlıq görməyə davam edər, hər fürsətdə nəzəriyyələrini qızğın şəkildə müdafiə edərlər. Müxtəlif saxtakarlıqlar və təhriflərlə də olsa fikirlərini ayaqda tutmağa çalışarlar.

Bütün müsəlmanlar üçün din əxlaqına qarşı çıxan, Allahın varlığını inkar edən hər fikri elmi mübarizə yoluyla çürütmək, haqqdan istifadə edərək batili yox etmək mühüm məsuliyyətdir. Bu məsuliyyəti görməzlikdən gələrək inkar düşüncəsiylə ortaq bir nöqtədə "razılaşmaq", qarşı tərəfə güzəştə getmək və ya onların fikirlərinə təslim olmaq çox böyük səhvlik olar. Məhz bundan ötrü də, təkamül yalanına aldanan bəzi müsəlmanlar, müdafiə etdikləri fikri yenidən düşünməlidirlər. Məsələn, kommunizmin yayıldığı bir cəmiyyətdə müsəlmanın vəzifəsi "kommunizmi İslamlaşdırmağa çalışmaq" deyildir. Bu, heç bir müsbət nəticə verməyəcək, əksinə kommunizmə fayda gətirəcək çıxılmaz bir yoldur. Müsəlmanın vəzifəsi, kommunizm fəlsəfəsini bütöv şəkildə çürütmək, fikirlə yox etmək və bunun müqabilində İslamın həqiqətini göstərməkdir. Eyni şəkildə darvinizmə qarşı da müsəlmanın vəzifəsi; "darvinizmi İslamlaşdırmağa çalışmaq" deyil, bu böyük yalanı fikirlə çürütmək, yox etmək və bunun müqabilində yaradılış həqiqətini ortaya qoymaqdır. Bundan ötrü də, bütün müsəlmanlar bu şüurla hərəkət etməli, dünya üzərindəki bütün ateist fəlsəfələrə dayaq təşkil edən darvinizmə arxa çıxmamalıdırlar. Belə olduqda edilməli şey, təhsil müəssisələrində, kitablarda, mətbuat və nəşriyyat orqanlarında, ictimai məkanlarda, bir sözlə, hər yerdə, təkamül xurafatlarıyla dünya gəncliyinin beyinlərinin zəhərlənməsinə icazə verməmək və onları Quranın və elmin uyğun gördüyü ağla, dərin düşünməyə yönəltməkdir. 150 ildir ki, davam etməsinə baxmayaraq, heç bir elmi dəyəri olmayan bu saxta təlqini məğlub etməksə, asandır.

Bu günə qədər bir çox səmimi müsəlman, təkamül nəzəriyyəsini qəbul etmiş, bu batil nəzəriyyə ilə İslam dini arasında kompromis yolları axtarmış, hətta müxtəlif mühitlərdə bu nəzəriyyəni müdafiə etmiş ola bilər. Lakin müsəlman səhvini gördüyü vaxt, dərhal bunu düzəltməlidir. Bu İslam əxlaqının tələbidir. Darvinizmin cəmiyyət üzərindəki korlayıcı təsirini bilmədən bu nəzəriyyəyə dəstək olmaqla, nəzəriyyənin əsrlərdir ki, yaratdığı zərərləri bildikdən sonra bu batil inanca dəstək olmaq eyni deyildir. Gözəl və fəzilətli rəftar, həqiqətləri öyrənən insanın dərhal hərəkətə keçməsi, vicdanının səsini dinləyib bu zərərli ideologiyaya qarşı aparılan fikri mübarizəyə dəstək olmasıdır. Müsəlmanların birlik olub, darvinizmə qarşı aparacaqları elmi mübarizə, şübhəsiz ki, çox qısa müddətdə nəticə verəcək və bu batil nəzəriyyə tarixin qaranlıq səhifələrində öz yerini alacaq. Arzumuz bu yanlış rəftarda israr edilməməsi, hər hansı səhvlikdən ötrü darvinizmə dəstək vermiş bəzi müsəlmanların həqiqətlər qarşısında gözlərini bağlamamasıdır.


Darvinizmin Mənfi Təsiri Davam Edir

Kitabın əvvəlki hissələrində də tez-tez vurğuladığımız kimi, inanclı insanların bir hissəsi təkamül nəzəriyyəsinin keçmişdə qaldığını, müasir elm dünyasında artıq qəbul edilmədiyini, dolayısilə müsəlmanlar baxımından elə də mühüm bir təhlükənin olmadığını zənn edərlər. Bundan ötrü də, bu nəzəriyyənin saxtakarlıqlarını, qeyri-elmi iddialarını, dünyada yaratdığı böyük fəlakətləri göstərməyi öz ağıllarınca əhəmiyyətsiz hesab edərlər. Darvinizmin insanları din əxlaqından uzaqlaşdıran böyük bəla olduğu həqiqətinin deyilməsindən narahat olarlar. Darvinizmlə elmi mübarizə aparan insanları və göstərdikləri dünya səviyyəsindəki fəaliyyətləri də öz aləmlərində lüzumsuz görüb, əhəmiyyətsiz hesab edərlər.

Halbuki bu insanlar xeyli yanılırlar və açıq həqiqətləri görməzlikdən gəlirlər. Onların düşündüklərinin əksinə, hazırkı dövrdə təkamül nəzəriyyəsi elm qarşısında bütün dayaqlarını itirməsinə baxmayaraq, yalnız ideoloji xüsusiyyətindən ötrü geniş kütlə tərəfindən müdafiə olunur. Bir çox ölkədə, universitetlərdə, mediada və təhsil müəssisələrində darvinistlər olduqca təsirli rol oynayır. Üstəlik, bu fasiləsiz güclənir. Elmi həqiqətlər bu nəzəriyyəni tarixin qaranlıq səhifələrinə gömmüş olsa da, darvinizmə olan bağlılıq zəifləmir. Materialist və ateist dünyagörüşünün dırnaqarası elmi dayağını təşkil edən təkamül nəzəriyyəsi, hər nə bahasına olsa da, müəyyən ətraflar tərəfindən fasiləsiz şəkildə dəstəklənir. Darvinizmin materialist qayğılarla dəstəklənildiyini, təkamül nəzəriyyəsini tənqid edən elm adamlarından biri olan Amerikalı professor Filip Conson (Philip Johnson), marksist zooloq Riçard Leontinin (Richard Lewontin) iddialarını qiymətləndirdiyi bir yazısında belə açıqlayır:

Darvinizm, fəlsəfi olaraq bitərəf olması lazım gələn (elmi) dəlillərə deyil, materializmə olan "a priori" (əvvəlcədən qəbul edilmiş, doğru fərz edilmiş) sədaqətə əsaslanır. Fəlsəfəni elmdən ayırdığınız təqdirdə, qürur qülləsi yıxılar. Cəmiyyət bunu tam olaraq anladığı təqdirdə, Leontinin darvinizmi, elmi tədris planından çıxarılmağa başlanacaq və o, tarixin tozlu rəflərində Leontinin marksist görüşlərinin yanında öz yerini alacaq.(38)

Təkamülçülər elm aləmində sanki bir təzyiq sistemi yradıblar. İstər elmi nəşrlərdə, istərsə də mediada həmişə tək tərəfli açıqlamalar verilir və təkamül nəzəriyyəsi sanki mütləq həqiqət kimi göstərilir. Xüsusilə də geniş kütlə üzərində təsirli olan bir qisim media orqanları, olduqca əlaqəsiz tapıntı və mövzuları belə təkamülün yeni bir dəlili kimi əks etdirir. Bu xəbərlərlə həqiqətlər təhrif edilir və insanlar aldadılırlar. Dünyanın bir çox ölkəsində məktəblərdə və universitetlərdə darvinist alimlər dəstəklənilir, Allah inancına sahib elm adamlarının isə, akademik karyeralarına əngəl törədilməyə çalışılır. Darvinizmi rədd etdikləri üçün əksəriyyətinin kitabları və məqalələri elmi nəşrlərdə yer almır, eyni zamanda da, onlar belə olmadıqları "mürtəceliklə" günahlandırılırlar. Əksər Qərb ölkələrində akademik karyera sahibi olmaq istəyən bir elm adamı, darvinist cəfəngiyatlara göz yummalı, hətta bunları istər-istəməz müdafiə etməlidir. Əks təqdirdə akademik karyerasında yüksəlməsi, hətta çalışdığı universitetdə həmişəlik qalması belə çox çətindir.

Biokimya professoru Maykl Bixi (Micheal Behe) elm aləmində materializmin hakim olduğunu və elmin xalqa necə əks etdirildiyini belə ifadə edir:

Kainatın necə işlədiyinə dair demək olar ki, bütün məlumatlar, ayırd edilmədən, əvvəlcə qatı materialist bir süzgəcdən keçirilir. Daha sonra xalqa təqdim edilir... Elmi ədəbiyyat tamamilə bu anlayışı əks etdirir. Tədqiqatlar əksərən, həm ümumi, həm də xüsusi mövzularda, təbiətin bilinən və əmin olunan işləyişindən bəhs edər. Dərsliklər bu qənaəti şagirdlərə çatdıraraq vəzifələrini yerinə yetirmiş olarlar. Boşluqlardan və ya cavabı tapılmayan suallardan qətiyyən bəhs edilməz. Bunun əvəzinə, hər şeyin bilindiyi, ən azından demək olar ki, hər şeyin bilindiyi və laboratoriyalarda sınandığı təəssüratı verilər. Əgər nəzəriyyəyə uyğun gəlməyən bir dəlil varsa, bu zaman da nəzəriyyədən deyil, dəlildən şübhə duyular... Problem, məntiqli iddialara əsaslanmayan, ictimai təzyiqlə yayılmağa çalışılan materializmdir.(39)

Maykl Bixinin (Micheal Behe) də diqqət çəkdiyi darvinistlərin bu yanaşma tərzi, təkamülçü Frank Qaroldun (Frank Harold) “the way of the cell” (“hüceyrənin işləyişi”) kitabında açıqca ifadə edilir:

Bir prinsip məsələsi olaraq, təsadüflər və lazımlılığın əvəzinə, ağıllı bir nizamın qəbul edilməsinə qarşı çıxmalıyıq. Lakin digər tərəfdən, darvinist açıqlamaların hər hansı biokimyəvi sistemi qəti izah edə bilməyəcəyini, bunların yalnız belə olmasını istəyən fərziyyələrdən ibarət olduğunu qəbul etməliyik.(40)

Göründüyü kimi Qarold (Harold), təkamül nəzəriyyəsinin canlıların yaranma prosesinə izah gətirməsinin qeyri-mümkün olduğunu qəbul edir, lakin kainatdakı və canlılardakı nizamı yaradan üstün bir ağlın, yəni Allahın varlığını rədd edir. Bunun "prinsiplərinə" zidd olduğunu söyləyir. Frank Qaroldun (Frank Harold) bəhs etdiyi prinsiplər, materialist prinsiplərdir və elm aləmində olduqca məşhurdur.

Filip Conson isə, təkamül nəzəriyyəsinin dini inanclara qarşı necə bir növ silah kimi istifadə edildiyini belə açıqlayır:

Müasir elmin liderləri, özlərini bir Yaradıcının mövcud olduğunu qəbul edənlərə qarşı başladılan bir döyüşün qabaqcılları hesab edirlər... Darvinizm isə, bu döyüşdə əvəzolunmaz ideoloji rol oynayır. Elə buna görə də, bugünkü gündə elmi ətraflar, darvinizmi sınamağı deyil, nə olursa olsun qorumağı özlərinə məqsəd hesab ediblər. Elmi tədqiqatların prinsipləri də, bu ideologiyanı təsdiqləyəcək şəkildə müəyyənləşdirilir.(41)

Consonun da ifadə etdiyi kimi, təkamülçü elm adamları akademiyalarda, universitetlərdə bir növ "diktatorluq" yaradıblar. Bu insanlar bəzi universitetləri darvinist təhsil ocaqlarına döndərir və bu yerlərdə materialist fəlsəfəni elm zənn edən insanlar yetişdirirlər. İnanclı insanların isə, akademik karyera sahibi olmamalı olduqları düşünülür. Bunun ən nəzərəçarpan nümunələrindən birini Türkiyə təkamülçülərindən olan prof. dr. Əli Dəmirsoy təşkil edir və o; "əgər bir elm adamı bu və ya digər halda Allaha inansa universitetdə olmamalıdır. Allaha inananı universitetdən xaric edərəm" kimi ifadələr işlədərək, qərəzli təkamülçü dünyagörüşünü tam açıq şəkildə göstərir.

İnanclı elm adamlarının yaradılışın elmi dəlillərini ortaya qoymaları, elm aləminin əksəriyyəti, xüsusilə də materialist düşüncənin hakim olduğu təşkilatlar və akademiyalar tərəfindən əks reaksiya ilə qarşılansa da, ateizm və ya materializm təbliğatı aparılmasına əsla qarşı çıxılmır. Filip Conson (Philip Johnson) bu vəziyyəti belə ifadə edir:

Akademiya (Amerikan Milli Elmlər Akademiyası), Riçard Doukinzin (Richard Dawkins) elmi nüfuzundan istifadə edərək ateizmi təşviq etdikdə və ya Karl Saqan (Carl Sagan) “kosmos” serialında “kainatın əzəli və əbədi olduğunu" söylədikdə, reaksiya verməmişdir. Tam əksinə, Akademiya Saqanı medalla mükafatlandırmışdır.(42)

Bəlkə də, bəzi inanclı insanlar bu həqiqətləri bilmədikləri üçün, hadisələri yanlış optimallıqla qiymətləndirir və bundan ötrü də, darvinizmi təhlükəli hesab etmirlər. Halbuki bu materialist və ateist ətraflar darvinizmdən aldıqları dırnaqarası elmi dəstək sayəsində, din əxlaqına və dindarlara qarşı ciddi mübarizə aparırlar. Bütün dünya müsəlmanları materialist, ateist, inkarçı ətrafların zülmləriylə, təzyiq və qorxutma siyasətləriylə üzləşirlər. Müsəlmanlar bu darvinist diktatorluqdan ötrü, inanclarını yaşaya bilmir, düşüncələrini və doğruları dilə gətirə bilmirlər. Məhz bundan ötrü də, "darvinizm təhlükə kəsb etmir" deyən müsəlmanlar təcili surətdə bu yanlış fikirdən xilas olmalıdırlar. Bütün dünyada təkamül nəzəriyyəsi vasitəsilə din əxlaqına qarşı ciddi fikri hücum həyata keçirildiyi halda, bu nəzəriyyənin təhlükə olmadığını söyləmək və darvinizmi zərərsiz hesab etmək olduqca yanlış hərəkət olacaq.


Darvinizm İnsanları Aldatmağa Davam Edir

Bunu unutmamaq lazımdır ki, darvinizm, dünya səviyyəsində mütəşəkkilləşmiş bir hərəkatdır. Xüsusilə də Avropa İttifaqı ölkələrinin olduqca böyük hissəsində, Rusiyada, Çində və digər bir çox ölkədə təkamül nəzəriyyəsi xalqın çox böyük hissəsi tərəfindən qəbul edilir, yaradılış həiqqəti isə rədd edilir. Dünyadakı bütün universitetlərdə təkamül nəzəriyyəsi yeganə etibarlı nəzəriyyə qəbul edilir, ibtidai təhsil təşkilatlarından etibarən məktəblərdə şagirdlərə təkamül nəzəriyyəsi yeganə həqiqət kimi öyrədilir. Yaradılış həqiqətindən bəhs etmək belə, bir çox ölkədə qadağan edilmişdir. Vəziyyət uzun illərdir ki, belədir. Xüsusilə də Avropa ölkələrində keçirilən anketlər, Fransa, Almaniya, İngiltərə başda olmaqla, bir çox ölkədə insanların böyük hissəsinin təkamül nəzəriyyəsini elmi həqiqət kimi qəbul etdiyini göstərmişdir. Təkamül yalanına inanan bu insanlar, Allaha iman etməkdən və din əxlaqından da uzaqlaşırlar.

Dünya səviyyəsində tanınmış elm jurnallarından "Nature"də aparılan bir araşdırmaya görə müasir elm dünyası tarix boyu heç olmadığı qədər Allahın varlığını rədd edir. Amerika Milli Elmlər Akademiyasının üzvləri arasında aparılan araşdırma nəticəsində, akademiyanın yalnız 7% üzvünün Allahın varlığına inandığı, 93% üzvün isə, inanmadığı məlum olmuşdur. Bu nəticələr qarşısında, tanınmış təkamülçü bioloq Ernst Mayr bu açıqlamanı vermişdir: "Nəticəyə baxılsa hamımız ateistik".(43)

Bu vəziyyət daha əvvəl də ifadə etdiyimiz kimi, bizə bəzi inanclı insanların söylədiklərinin tam əksini göstərir. Darvinizm hələ də geniş kütlələr üzərində öz təsirini göstərir və elm aləmində də hakim dünyabaxışıdır. Üstəlik, yalnız elmi bir nəzəriyyə deyil, insanları Allaha iman etməkdən uzaqlaşdıran ən əhəmiyyətli səbəblərdən biridir. "Nature" də dərc olunan bu araşdırma, 1914-ci ildə də aparılmış və nəticələrə görə o dövrdə Allaha inananlar 35,2% təşkil etmişdir. Aradan keçən 90 il ərzində elm adamlarının böyük hissəsi Allah inancından demək olar ki, tamamilə uzaqlaşmış, materialist və ateist ideologiyanı mənimsəmişdirlər. Diqqət yetirilməli ən əhəmiyyətli xüsus isə, bu dövrün təkamül nəzəriyyəsinin elm aləmində hakimiyyət qazandığı dövr olmasıdır.(44)

Dünya iqtisadiyyatında və siyasətində öz təsirini göstərən bəzi Asiya ölkələrində də inancsızlıq çox geniş yayılmışdır. Bu ölkələrin başında Çin gəlir. Çində xalqın 71%-i özünü dinsiz və ya ateist elan edir.(45) Xüsusilə də Avropa ölkələrində yaşanan din əxlaqından uzaqlaşma prosesi, son illərdə müxtəlif araşdırmalar, kitablar və məqalələrin mövzusuna çevrilir. Avropanın xristian köklərini rədd etməsi, sürətlə din əxlaqından uzaqlaşması, ateizmin güclənməsi, kilsəyə bağlılığın çox zəifləməsi, Amerikada güclənən darvinizm əleyhinə fəaliyyətlərin Avropada əks-səda oyandırmaması, Avropa ölkələrindəki məktəblərdə qətiyyətlə təkamül nəzəriyyəsinin tədris olunmasına davam edilməsi və əks fikirlərə qətiyyən mövcudluq imkanı verilməməsi, bu fəaliyyətlərin təməlini təşkil edir. “Associated Press”in dərc etdiyi bir araşdırma nəticəsində isə, Qərbi Avropada inancsızlığın gücləndiyi qeyd olunmuşdur. Bu araşdırmanın göstərdiyi nəticələrə görə, Fransa dini dəyərlərin açıqca ifadə edilməsinə ən çox qarşı çıxan ölkədir və ölkədəki ateistlər orta hesabla 19% təşkil edir. Yenə eyni araşdırmanın nəticələrinə görə, bu qədər çox inancsız insanın olduğu digər bir ölkə isə, Cənubi Koreyadır.(46)


Bu mübahisələr Avropa İttifaqının konstitusiyasının yaradılması vaxtı daha da kəskinləşmişdir. Bu konstitusiyada dini inanclara dair heç bir ifadənin yer almaması, dindar ətrafların əks reaksiyasına səbəb olmuş, lakin belə reaksiyalar qəti şəkildə rədd edilmişdir. Vatikanda verilən rəsmi açıqlamalar isə, müasir Avropanın, xristian dəyərləri üzərində qurulmuş bir cəmiyyət görünüşü vermədiyi ifadə edilmiştir.(47) CBN də yayımlanan "Is Europe the new 'dark continent'?" (Avropa yeni 'qaranlıq qitədir' mi?) başlıqlı məqalədə 1000 il ərzində xristian mədəniyyətinin mərkəzi olan Avropada artıq bu dövrün bitdiyi ifadə edilmiş və müxtəlif mütəxəssislərin fikirlərinə yer verilmişdir.(48) The cube and the cathedral: Europe, America, and politics without God, (Kub və kafedral: Allahsız Avropa, Amerika və siyasət) adlı kitabın müəllifi və Vaşinqtondakı Ethics and Public Policy Center (EPPC - etika və cəmiyyət siyasət mərkəzi) rəhbərlərindən Corc Vayqel (George Weigel), Avropada inancsızlığın yüksəlişini bir müsahibəsində belə açıqlamışdır:

Avropalılar özlərini müasir və sərbəst olmaq üçün, radikal dünyəvi olmaları mövzusunda şərtləndirmişlər. Bu şərtlənmənin, Avropada gündəlik həyat və mədəniyyət üzərində mühüm və ölümcül təsiri var. Avropanın əxlaqi dəyərlərinin korlanmasının təməlində, bu qənaətin və cəmiyyətdə yaratdığı problemlərin təsiri müşahidə olunur.(49)

BMT tərəfindən keçirilən bir anket nəticəsi də, Avropa ölkələrində darvinizm və ateizmin yüksəlişini göstərən dəlillərdən biridir. Anketə görə avropalıların yalnız 18%-i insanı Allahın yaratdığına inanır, 82%-i isə insanın digər növlərdən təkamül yolu ilə meydana gəldiyini zənn edir. Ölkələrə ayrı-ayrılıqda nəzər yetirdikdə vəziyyətin belə olduğu görülür:

◉ Almaniya: 35%-i katolik, 36%-i isə protestant olan xalqın yalnız 14%-i yaradılışa inanır.

◉ Fransa: Yaradılış həqiqətinə inananlar təxminən 18% təşkil edir. Fransada ateistlər təxminən 19% təşkil edir.(50)

◉ İngiltərə: Xalqın 20%-i yaradılışa inanır. Təkamül nəzəriyyəsinə inananlar isə 26 yanvar 2006-ci ildə aparılmış bir araşdırma nəticəsinə görə təxminən 50% təşkil etmişdir. Məktəblərdə yalnız təkamül nəzəriyyəsinin tədris olunmalı olduğunu söyləyənlər isə, 70% təşkil edir.(51) Aparılan araşdırmalar İngiltərənin sürətlə inancsız bir ölkə olmaq yolunda irəlilədiyini, yalnız immiqrantların dini inanclarını yaşadıqlarını, ingilislərin isə dindən uzaqlaşdığını göstərir. Mətbuatda yer alan bir xəbərə görə isə, İngiltərədə məktəblərdə ateizmin öyrədilməsi planlaşdırılır.(52)

◉ İspaniya: Əhalinin böyük hissəsini katoliklərin meydana gətirdiyi İspaniyada, insanları Allahın yaratdığı həqiqətinə inananlar 13% təşkil edir.

◉ Norveç: Yaradılışa inananlar cəmiyyətin 19%-ni təşkil edir.

◉ Finlandiya: Yaradılışa inananlar 16% təşkil edir.

◉ İsveç: Allahın insanları yaratdığına inananlar 12% təşkil edir.

◉ Danimarka: Xalqın 9%-i yaradılışa inanır.

◉ Belçika: Yaradılış həqiqətinə inananlar 10% təşkil edir.

◉ İsveçrə: Xalqın 24%-i yaradılış həqiqətinə inanır.(53)

Bu məlumatlar, bütün elmi tapıntıların təkamülü təkzib etdiyini, darvinizmin xəyal məhsulu hekayələrdən ibarət olduğunu, elmin göstərdiyi həqiqətin yaradılış olduğundan bəhs etməyin əhəmiyyətini yenidən sübut edir. İnsanların Allahın, axirətin və haqq-hesab gününün varlığına inanmalarına, Allah rizasına uyğun şəkildə yaşamsına mane olan darvinist dünyagörüşünün aradan qaldırılması üçün, bütün müsəlmanların birlik olub, olduqca geniş miqyaslı fikri mübarizə aparmaları təcili yerinə yetirilməli məsələdir. Bu fəaliyyətlərə mane olmağın, əhəmiyyətsiz hesab etməyin və ya əhəmiyyətsiz göstərməyin isə, çox yanlış hərəkət olduğu aydındır...


 << Geri